(Bu məqaləyə sərf edəcəyiniz vaxt: 1 dəqiqə)
Aktiv həyat tərzinə sahib olmaq üçün daim müxtəlif pəhzrizlər sınamaq və ya bütün il boyu idman zalına getmək lazım deyil.
Daha doğrusu aktiv həyat tərzi deyəndə məqsədimiz bu deyil.
Aktiv həyat tərzi keçirməyin vacib tərəfi gündəlik həyat vərdişlərinizi dəyişdirməyə çalışmaqdır.
İnternetin sürətlə inkişaf elədiyi birdünyada, eyni zamanda son 2ili davam edən pandemik şərait insanlrı online və virtual aləmə daha da yaxınlaşdırdı. Demək olar ki əksər fəaliyyətlər, görüşlər və sifarişlər ictimai və sosial fəaliyyətlər internet vasitesi ilə həyata keçiririk.
Bunun yaxşı tərəfləri ilə yanaşı, ən böyük ziyanlı tərəflərindən biri də insanlar daha çox passiv və oturaq həyata vərdiş etmiş olurlar.
Dostlar, həyat tərzinizi və vərdişlərinizi dəyişmək qısa müddətli dietaya riayət etməkdən daha çətindir. Bugün böyük əksəriyyət proqram şəklində davamlı məşqlər etməkdən çətinlik çəkirlər. Çox az bir hissə də proqram qursada məqsədini uzun müddət davam etdirməkdə çətinlik çəkir və əksər hallarda ikinci həftədə proqram quran fərdlər də yarıda qoyurlar.
Əgər sən də bu dəstədənsənsə qısa olaraq 7 addımda aktiv həyat tərzini qurmağın yollarını sizin üçün bildirəcəm.
1. Özünüzü proqressə məcbur edin.
Proqreslik hər hansı bir fəaliyyətdə olmağa deyilir. Yadda saxlayınki bir şey heçdən daha yaxşıdır.
2. Baş qatıcı əyləncə tipli bədən hərəkətləri etmək.
Aktiv həyat tərzi yalnız idman zallarında məşq etməkdən ibarət deyil. Bütöv gün ərzində işlərinizi, fəaliyyətlərinizi əyləncə şəklində elə nizamlaya bilərsizki, məsələn evdar xanımsızsa ev işlərini görərkən, müdür və ya işçisənsə iş arası 10-15 dəq əyləncə tipli bədən hərəkətlərini özünüz üçün tənzimləyə bilərsiz. belə olduğu halda beynin müqavimət gücü daha az olmuş olur.
3. Təqvimdən istifadə etmək.
Beləki göz önünə bir təqvim yapışdırın. Hər gün yeni fəaliyyət və nailliyətinizi orda qeyd edərək özünüzü daxilən motivasiya etmiş olarsiz.
Məsələn bu gün işdən dönərkən 1km piyada yerimək. Ev işlərini görərkən 15 dəq bədən hərəkətləri etmək.
Hər hansısa musiqi qoyub tərliyənə kimi rəqs etmək və.s bu kimi aktivitələri təqvinin hər günündə işarələyib yaddaş etmək. Sadə bu məşq ilə bir ayın sonunda təqvimi yoxlayarkən həmin ayı nəqədər aktiv keçirdiyinizi görəcəksiniz.
4. Sosial olmaq.
İctimai fəaliyyətlərlə məşqul olmaq insanın həyat tərzini aktivləşdirməkdə kömək olan amillərdən biridir. Bu fəaliyyəti yaxın çevrənizlə hətta ailə üzüvlərinizlə belə edə bilərsiniz. Biraz yaratıclıq və kreativlik sərf etsəniz ictimai fəaliyyətlərinizi əyləncə halına çevirə bilərsiz. məs hətta ev işlərini oyun halında yarışa çevirməklə , və ya birgə təbiət qoynunda və ya istənilən açıq havada, parkda sürətli piyada gəzmək, velosiped sürmək və ya ətraf mühitinizi zibillikdən təmizləmək və.s kimi həm əylənmək, həm də fiziki bədəninizi aktiv tuta bilərsiniz.
5. Smart saatlardan istifadə etmək.
Smart saatların köməyi ilə ürək döyüntünüzü, qan təzyiqinizi, sərf etdiyiniz kalori miqdarını, addım sayılarınızı bilmə imkanınız var. Hətta bugünlərdə smart telefonlarda bunu göstərəcək müxtəlif app-lardan istifadə etmək olar. Yetər ki,hər gün sonunda bugünki aktivliyi sizə göstərsin və daim öncəki günlərdən bir addım da olsa aktiv olmağınız sizi daxilən motive etmiş olacaq.
6. Qətiyyən gündəlik piyada addimlamağı küçümsəməyin.
Piyada gəzintisini öz həyatınızın öncəliklərinin birinə çeevirin. ən gözəli bunu ailənizlə birgə etməkdir. Bu sadə bir proqram həyatınızın hüzurlu və daha keyfiyyətli olmasına zəmin yaradacaq. ən sağlam fəaliyyətlərdən biri hesab olunan piyada gəzməkdir. Bunu sevdikləriniz və ailənizlə etməniz istər fiziki istərsədə psixoloji cəhətdən aramlıq və ailə münasibətlərində möhkəmlik qatacaqdır. Günlük piyada gəzintisi sağlam və aktiv həyat tərzi üçün tövsiyə olunan ən vacib vərdişlərdəndir. Gün ərzində 20-30 dəq olması kifayət edər.
7.Hədəf təyin etmək.
Aktiv həyat tərziniz üçün hədəf və plan qurmağınız olduqca önəmlidir. Əslində bu hədəf mövzusu hər bir müvəffəqiyyət üçün birinci sayılan vacib amildir.
1 Comment
Mövzu ilə bağlı suallarınızı şərh bölməsində bildirə bilərsiniz.