Psixoloji seansda sizə necə kömək edə bilərik?
Seçiləcək terapevtik yanaşma metodu müraciət edənin emosianal və duyğusal vəziyyəti və diaqnozundan asılı olaraq dəyişə bilər. Bununla bir yerdə biz terapiyada Koqnitiv-Davranışçı, Psixoanaliz, Gestalt, Act terapiya, NLP, Hipnoz terapiya, Shema terapiya MBİ və DBİ metodlarından həmçinin neçə illik təcrübə etdiyim ən yaxşı təsirə malik olan mənəvi bilgilərin köməyi ilə bir və ya bir neçəsindən istifadə edirik. Psixoterapiyanın demək olar ki bütün növləri terapevtik münasibəti inkişaf etdirərək problemli düşüncələri, məhdudlaşdırıcı zəhərli inancları və ya davranışları aradan qaldırmağı hədəfləyərək qısa zamanda istədiyimiz yaxşı nəticəni əldə edə bilirik.
Qaydalar
Alınan qeyd və məlumatların, keçirilən bütün seansların məxfiliyi qorunaraq, seansın məzmunu həm hüquqi, həm də etik qaydalar baxımından yalnız pasiyent ilə terapevt arasında məxfidir. Bu məlumatları terapevtdən və pasiyentin özündən başqa heç kim əldə edə bilməz. Qanuni olaraq müəyyənləşdirilmiş hallarda və qanunlara uyğun olaraq pasiyentin məlumatı daxilində məlumat mübadiləsi məcburidirsə, şəxsi hüquqları qoruyaraq və şəxsi məlumatları bölüşmədən məhkəmə orqanlarına yalnız lazımı məlumatları çatdırmaq olar.

ŞƏRTLƏR VƏ QAYDALAR
Psixoloji seanslarda məlumatların məxfiliyi qorunurmu ?
Qeydə alınan bütün məlumatların, keçirilən bütün seansların məxfiliyi tam qorunaraq, seansın məzmunu həm hüquqi, həm də etik qaydalar baxımından yalnız müracət edən ilə psixoloqu arasında məxfidir. Bu məlumatları terapevtdən və pasiyentin özündən başqa heç kim əldə edə bilməz. Yalnız müracət edənin razılığı çərçivəsində, seanslardan əldə etdiyi yaxşılaşma nəticələrini başqa müraciət edənlərlə bölüşmək olar.
Bir psixoloji seansın müddəti nə qədərdir ?
Seansın müddəti müalicə metoduna görə dəyişə bilsədə, standart və adi bir terapiya seansı 45- 60 dəqiqə ilə məhdudlaşır. Görüşlərin vaxtında başlaması və sona çatması vacibdir ki, bir birimizin zamanına hörmət etmiş olaq. Bu səbəbdən də, hər hansı bir səbəbdən seansa gec gəldiyiniz vaxt, o gün görüşünüz gecikdiyiniz qədər qısa olacaq.
Bir psixoterapiya seansının qiyməti nə qədərdir ?
Müraciət olunan durumlar fərqli olduğu üçün seansların qiyməti ilkin diaqnozdan sonra müraciət edənlərə bildirir. Doktor Aqil Əhməd ilə hər online ilkin diaqnoz seansın dəyəri, 100 (yüz) manat müəyyənləşdirilib.
Seansa gəlməmək və ya təxirə salmaq haqqlarım nələrdir ?
Randevu təyin edilən vaxtda gələ bilmədiyiniz təqdirdə 24 (iyirmi dörd) saat əvvəl məlumat verməyiniz vacibdir. Hər bir pasiyent fövqəladə hallar səbəbiylə son anadək 2 (iki) seans ləğv etmək hüququna malikdir. Bu haqqın istifadəsindən sonra, 24 (iyirmi dörd) saat əvvəldən bildirilməyən ləğv üçün həmin seans həyata keçirilmiş sayılacaq və ödəniş tələb olunacaqdır. Seans olmayacağı təqdirdə sizə öncədən xəbərdarlıq etməyən tərəf terapevtdirsə, növbəti seans üçün ödəniş alınmayacaq. Randevunun izlənməsi ilk növbədə pasiyentin məsuliyyətindədir.
Seans vaxtı riayyət etməyim gərəkən qaydalar nələrdir ?
Seansların səmərəliliyini artırmaq və daha yaxşı nəticə əldə etmk üçün fikirləri yayındıran mühitdən uzaq olmaq, eyni zamanda daha sakit və hüzurlu bir yerdə olmağınız tövsiyyə olunur. Öz sağlamlığınıza və istədiyiniz nəticəni almaq üçün seans vaxtından 15 dəqiqə əvvəl hazırlaşmağınız və seans boyu bütün diqqətiniz psixoloqunuzda olması lazımdır.
Psixoterapiya seanslarını istədiyim zaman dayandıra bilərəmmi ?
Seanslardan istədiyiniz effektivliyi əldə etmək mümkün olmadıqda, sizin maraq və ehtiyaclarınız prioritet sayılaraq istədiyiniz vaxt seansları dayandırmaq haqqına sahibsiniz. Eyni şəkildə psixoterapevt sizin ehtiyac və maraqlarınızı qarşılaya bilməyəciyini düşündüyü halda istənilən vaxt sizi başqa bir mütəxəssisə yönləndirmək haqqına sahibdir.
Psixoterapiya nə qədər davam etməlidir ?
Psixoterapiya insanın psixi strukturu ilə əlaqəli bir prosesdir. Qeyd edək ki, eyni problemə sahib iki insanın keçirdiyi yaşantılar tamamilə fərqli ola bilər. İlkin dəyərləndirmə sonrasında psixoterapevt təxmini bir müddət müəyyənləşdirə bilər ancaq, bu müddət dəqiqlik daşımır. Müasir tədqiqatlara əsasən problemi özü şərh edə bilən pasiyentlərin 50% da 15-20 seanslıq görüşmə, terapiyada müəyyənləşdirilmiş məqsədə çatmaq üçün kifayət edir. Qazanılmış bacarıqların möhkəmləndirilməsi və tamamlanmış simptom remissiyası məqsədilə praktikada psixoterapevtlərin seansları 20-30 sayısında tutmağa çalışdığı bildirilir. Şəxsiyyət pozuntuları və yanaşı gedən xəstəliklərdə müddət 12-18 ayadək davam edə bilir. Nəzərə almaq lazımdır ki, psixoterapevt nə edəcəyini bilsə də prosesdə nələrlə qarşılaşacağını və terapiya alan şəxsdə başqa hansı hallarla qarşılaşacağını bilmir. Həll edilməli olan, görünən problemin əlaqəli olduğu başqa bir problem ortaya çıxa bilər və həll edilmə sırası dəyişə bilər. Bu səbəblə terapiya müddətinin əvvəlcədən dəqiq bilinməsi mümkün bir gözlənti olmazdı.

Terapiya müddətinin asılı olduğu bəzi faktorları nəzərdən keçirək:
– Şəxsin psixoterapiyaya olan inancı
– Şəxsin psixoterapevtinə olan inancı
– Şəxsin tətbiq edilən psixoterapiya növünə inancı
– Şəxsin yaşadığı problemin növü
– Şəxsin yaşadığı problemin dərəcəsi
– Şəxsin psixoterapiyaya müntəzəm gəlməsi
– Şəxsin aldığı sosial dəstək (ailə, partner, dost və yaxınların dəstəyi).
– Psixoterapevtlə qurulan güvən və terapevtik əlaqə
– Tətbiq edilən terapiya növü
Sonda hər bir müraciətçimə hüzurlu, sağlam, xoşbəxt və zəngin həyat arzu edirəm.