Skip to content

Obsesif kompulsif pozğunluq

Obsesif kompulsif pozğunluq-Dr.Psixoloq Aqil Əhməd

Psixologiyada obsesif kompulsif pozğunluq vəya el-arasında vas-vası kimi bilinən, insanın dəfələrlə müəyyən fikir vəya hissləri (obsesif düşüncələr) yaşadığı bir narahatlıq pozuqluğudur və bu düşüncələr insanın gündəlik həyatında narahatlıq vəya pozulmalara səbəb olacaq dərəcədə təkrar-təkrar müəyyən davranışlar göstərməsinə (kompulsiv davranışlar) səbəb olur. Bu zaman insan düşüncələrini və fəaliyyətlərini idarə edə bilmir.

Obsesif davranışlara adətən əlləri yumaq, əşyaları saymaq, təmizləmək və qapının bağlı olub-olmadığını yoxlamaq daxildir.  Bu fəaliyyətlər o dərəcədə baş verir ki, insanın gündəlik şəxsi həyatına və ictimai sosial əlaqələrə pozucu şəkildə təsir edir və insanın gündə bir saatdan çox vaxtını alır. Bu pozğunluğu olan böyüklərin əksəriyyəti obsesif davranışlarının rasional (məntiqli) olmadığını başa düşürlər. Bu xəstəlik davranış tikləri, narahatlıq pozğunluğu və intihar riskinin artması ilə əlaqələndirilir.

Obsesif kompulsif pozğunluğun olması bir insanın həyat keyfiyyətinə və rifahına əhəmiyyətli dərəcədə təsir göstərə bilir.

Obsesif kompulsif pozğunluğu olmayan insanlarda da narahat edici fikirlər və ya təkrarlanan davranışlar olur. Ancaq bu düşüncələr və davranışlar ümumiyyətlə gündəlik həyatlarına mane olmur. Obsesif kompulsif pozğunluğu olan insanlar üçün bu düşüncələr daim mövcuddur və davranış nümunələri sərt və əyilməzdir.

 Psixi pozğunluqların növləri və onların əlamətləri

Bu kompulsiv davranışları yerinə yetirməmək, adətən, ciddi sıxıntıya səbəb olur. Obsesif kompulsif pozğunluğu olan bir çox insan vəsvəsələrinin real olmadığını bilir, digərləri isə bu obsesif düşüncələrin doğru ola biləcəyinə inanır. Bu pozğunluğu olan insanlar vəsvəsələrinin real olmadığını bilsələr də, yenə də bu obsesif düşüncələrin meydana gəlməsinin qarşısını almaqda vəya kompulsiv hərəkətlərini dayandırmaqda çətinlik çəkirlər. Əhalinin təxminən 2%-nin obsesif kompulsif pozğunluqdan əziyyət çəkdiyi təxmin edilir. Bu halların demək olar ki, yarısında bu pozğunluğun əlamətləri uşaqlıq və ya yeniyetməlik dövründə özünü göstərir və əgər insana 40 yaşına qədər diaqnoz qoyulmazsa, bu pozğunluq daha yaşlı yaşlarda çox nadir hallarda özünü göstərir.

Məqalənin davamında bu pozğunluğun səbəbləri və kökləri, obsesif kompulsif pozğunluğun simptomları və müalicə üsulları ilə tanış olacağıq.

 

 Obsesif kompulsif pozğunluq nədir?

 Obsesif-kompulsif pozğunluq obsesyon vəya kompulsiyaları, narahat edən təkrarlanan hərəkətləri və təkrarlanan düşüncələri özündə cəmləşdirən psixi-pozğunluqdur. Bu hallar insanın gündəlik və rutin fəaliyyətlərini yerinə yetirmək qabiliyyətində narahatlıq və pozulmalara səbəb olur.

Bu pozğunluğu olan insanlar adətən:

  • İdarə edə bilməyəcəkləri düşüncələr, hisslər vəya məcburiyyətlər hiss edirlər.
  • Narahatedici fikir və hissləri yaşamaq istəmirlər.
  •  Gündəlik olaraq əhəmiyyətli miqdarda narahatlıq və təşviş hiss edirlər ki, bu, qorxu, iyrənmək və şübhə hisslərini vəya işlərin müəyyən bir şəkildə edilməli olduğuna inamı əhatə edir.
  • Şəxsi, sosial və peşəkar fəaliyyətlərinə mane olan bu vəsvəsələrə və kompulsiv davranışlara diqqət yetirməklə çox-vaxt sərf edirlər.

Obsesif-kompulsif pozğunluğu olan insanların xüsusiyyətləri:

Bu pozğunluğu olan insan müxtəlif vəziyyətlərdə problemlərin olub-olmadığını dəfələrlə yoxlayırlar. Buna daxildir:

  •  Sızmaların, zədələnmələrin vəya yanğınların qarşısını almaq üçün krantları, avtomobil siqnallarını, qapı kilidlərini, ev işıqlarını və cihazları yoxlamaq.
  •  Bədəndə xəstəlik əlamətlərinin mövcudluğunun həddindən artıq müayinəsi.
  •  Xatirələrin həqiqiliyini təsdiqləmək haqqında həddindən artıq düşüncə
  •  Səhv etmək vəya digər insanı incitmək qorxusundan daim söhbətləri, mesajları yoxlamaq.
  •  Çirklənmə qorxusu;

Obsesif-kompulsif pozğunluq aşağıdakılara səbəb ola bilər:

  •  Həddindən artıq fırçalama vəya əllərin yuyulması.
  •  Hamamın-wc’nin, mətbəxin, digər otaqların müntəzəm təmizlənməsi və yuyulması.
  •  Xəstəliyin ötürülməsi və çirklənmə qorxusundan cəmiyyətdə olmaqdan çəkinmək.
  •  Kiminsə onlarla pis rəftar etdiyini vəya tənqid etdiyini hiss etsələr, çirklənmə hissi yaşayırlar. Bu insanlar yuyunmaqla bu pis hissdən xilas olmağa çalışa bilirlər.
  •  Müdaxilə edən fikirlər;

 Bu, arzuolunmaz fikirlərin təkrarlanmasının qarşısını ala bilməmək hissini əhatə edir. Bunlara zorakılıq, yəni intihar vəya başqalarına zərər vermə daxildir.

 Bu düşüncələr güclü narahatlıq yarada bilər, lakin insanın bu zorakı-düşüncəni əks etdirəcək şəkildə hərəkət etməsi ehtimalı azdır.

 Bu tip obsesif-kompulsif pozğunluğu olan bir şəxs, uşaq-istismarına meyilli olduğunu hiss edə və bu düşüncədən qorxurlar. Bunu sübut edəcək heçbir mövzu yoxdursa belə, daim bucür adam olub-olmasından narahatlıq yaşayır. 

  •  Simmetriya və nizam;

 Bu tip pozğunluğu olan insan mənfi emosiyalar və narahatlıq yaşamamaq üçün hər şeyi xüsusi və nizamlı şəkildə yerləşdirməlidir.

 

Obsesif kompulsif pozğunluq – obsesif düşüncələr

Sağlam insanlar narahatlıq vəziyyətində səmərəliliyini qoruyub gündəlik işlərini yerinə yetirə bildiyi halda, obsesif-kompulsif pozğunluğu olan insanlarda narahatlıq və nigaranlıq onların gündəlik işlərini və planlarını yerinə yetirmələrinə mane olan iflicedici amil olur.

Bu narahatlıqların ümumi səbəbləri:

  •  Çirklənmə: bədən mayeləri, mikroblar, torpaq və digər maddələrlə
  •  Nəzarətin itirilməsi: qəfil şiddətli fikirlər səbəbindən özünə və ya başqalarına zərər vermək qorxusu kimi
  •  Mükəmməllik: əldən vermək qorxusu və ya hər şeyi dəqiq yerinə yetirməyə və ya hətta dəqiq xatırlamağa intensiv diqqəti əhatə edə bilər.
  •  Qəza hissi: fəlakətli hadisəyə görə məsuliyyət daşımaq qorxusu hissi daxildir.
  •  İstənməyən cinsi düşüncələr: uyğun olmayan fəaliyyətlər haqqında düşüncələr də daxil olmaqla
  •  Dini və ya xurafat inanclar: Allaha itaətsizlikdən narahat olmaq və ya səkilərin çatlarına addım atmaq kimi, kompulsiv davranışlar.

Bütün təkrarlanan davranışlar mütləq məcburi deyil. İnsanların çoxu gündəlik həyatlarını daha yaxşı idarə etmələrinə kömək etmək üçün yuxu rejimi kimi təkrarlanan davranışlara əməl edirlər.

Bununla belə, obsesif-kompulsif pozğunluğu olan insanlarda təkrarlanan davranışları yerinə yetirmək məcburiyyəti sıx, tez-tez və vaxt aparır. Bu davranışların hətta ritual tərəfi də ola bilər.

Bəzi davranışlara aşağıdakılar daxildir:

  •  Yuma və təmizləmə, o cümlədən əllərin yuyulması
  •  Xəstəlik əlamətləri üçün fiziki vəziyyətini yoxlamaq
  •  Kreslodan qalxmaq kimi normal fəaliyyətləri təkrarlamaq
  •  Beyninizdəki bir hadisəni dəfələrlə nəzərdən keçirmək kimi zehni məcburiyyətlər

 Uşaqlarda obsesif-kompulsif pozğunluq
Obsesif-kompulsif pozğunluğun ilk əlamətləri adətən yetkinlik dövründə görünür, lakin bəzən bu əlamətlər uşaqlıqda da görünə bilir.

Gənclərdə və uşaqlarda bu pozğunluğun ağırlaşmalarına adətən aşağıdakılar daxildir:

  •  Aşağı özünə inam
  •  İşlərin görülməsi üçün xüsusi prosedurların olması
  • Məktəb tapşırıqlarını yerinə yetirməkdə çətinlik
  •  Fiziki xəstəliyin baş verməsi, adətən yüksək stress səbəbindən
  •  Dostluq və digər sosial əlaqələr qurmaqda və ya saxlamaqda çətinlik

Uşaqlarda obsesif-kompulsif pozğunluq hallarında oğlanlar qızlara nisbətən daha çox təsirlənir. Bununla belə, yetkinlərdə rast gəlinmə nisbəti kişilərdə və qadınlarda bərabərdir.

 

Obsesif kompulsif pozğunluğun səbəbləri

Mütəxəssislər obsesif-kompulsif pozğunluğa hansı amillərin səbəb olduğunu dəqiq bilmirlər, lakin bu sahədə müxtəlif nəzəriyyələr mövcuddur. Bu pozğunluğun əmələ gəlməsində genetik, nevroloji, davranış, idrak və ətraf-mühit faktorları təsirli ola bilər.

  •  Genetik səbəblər

Təhqiqatlar göstərir ki, obsesif-kompulsif pozğunluq ailənin bütün üzvləri arasında müəyyən dərəcədə mövcuddursa, buda genetik əlaqədən nəticələnir.

  •  Beyin görüntüləri

Obsesif-kompulsif pozğunluğu olan insanların beyin funksiyalarının fərqli xüsusiyyətlərə malikdirlər. Məsələn, beynin dopamin, serotonin kimi nörotransmitterlərə reaksiyasına təsir edən genlər bu pozğunluğun yaranmasında rol oynayır.

 (Diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu (ADHD) haqqında hər şey)

  •  Otoimmün problemlərlə əlaqəli səbəblər

 Bəzən uşaqlarda obsesif-kompulsif pozğunluğun simptomları infeksiyadan sonra görünür, məsələn:
 Qrup A streptokok infeksiyaları, o cümlədən streptokok boğaz, lyme xəstəliyi, H1N1 qrip virusu

Həkimlər obsesif-kompulsif pozğunluğun əlamətlərini uşaqların kəskin nöropsikiyatrik sindromu (PANS) adlandırırlar.

 Bu sindromlu uşaqda simptomlar birdən başlayır və 24 – 72 saat ərzində pik həddə çatır və bir müddət sonra yox ola bilir, lakin başqa bir vaxtda yenidən qayıdır.

  • Davranış səbəbləri

 Təhlükəni azaltmaq üçün müəyyən vəziyyətlər vəya obyektlərlə əlaqəli qorxudan xilas olmaq üçün müəyyən adətləri vəya rutinləri etməyi öyrəndiyini göstərən bir nəzəriyyə var.

 İlkin qorxu insanın dözdüyü, məsələn, travmatik bir hadisə vəya əzizlərindən birinin itkisi kimi güclü stress dövründə başlayır. Bu problemi daha çox bu xəstəliyə genetik meyli olan insanlarda görmək olar.

  • Koqnitiv səbəblər

 Başqa bir nəzəriyyədə, obsesif-kompulsif pozğunluq insanlar öz-fikirlərini səhv şərh etdikdə vəya yalnış izah etdikdə başlayır.

 Əksər insanlar bəzən arzuolunmaz vəya qəfil gələn fikirlərə sahib olurlar ki, bunlara adətən çox əhəmiyyət vermirlər, lakin obsesif-kompulsif pozğunluğu olan insanlar üçün bu düşüncələrin əhəmiyyəti normal insanlardan qat-qat çoxdur və onlar bu düşüncələrdən xilas ola bilmirlər.

 Məsələn, çox stress altında olan, yeni körpənin qayğısına qalmaq üçün məsuliyyət daşıyan, eyni zamanda uşağa zərər verməklə bağlı qəfil düşüncələri olan bir insanı düşünün. Normal insan adətən bu düşüncələrə məhəl qoymur, lakin bu düşüncələr davam edərsə, hədsiz dərəcədə əhəmiyyətli ola bilər; Nəticədə bu fikirlər insanın ruhi-tarazlığını pozur.

 Bu pozğunluğu olan bir insan xəyalında baş verən bir hərəkətin baş verəcəyinə əmin ola bilər. Bu qavrayışa cavab olaraq təhdid vəya təhlükədən qaçmaq üçün davamlı və həddindən artıq tədbirlər görürlər.

  •  Ekoloji səbəblər

Stressli həyat şəraiti və hadisələri genetik olaraq bu xəstəliyə meylli vəya digər əsas şərtləri olan insanlarda obsesif-kompulsif pozğunluğa səbəb ola bilər.

 Bir çox insanlar bu pozğunluğun simptomlarının aşağıdakı hadisələrdən sonra 6 ay ərzində baş verdiyini bildirir:

  • Hamiləlik və ya doğuş zamanı yaranan fəsadlar 
  • Gərgin münaqişə
  •  Ciddi xəstəlik
  •  Beyin zədəsi
  •  Həmçinin, bu pozğunluq post-travmatik stress pozğunluğu və ya PTSD ilə birlikdə baş verə bilir.

 

 Obsesif-kompulsif pozğunluğun diaqnozu

 Həkimlər OKP diaqnozu qoyarkən müəyyən meyarlar axtarırlar, o cümlədən:

  •  Obsesif düşüncələrin, kompulsif davranışların və ya hər ikisinin olması
  •  Vaxt aparan və ya insanın (təhsil, peşə, şəxsi və ictimai münasibətlərində) əhəmiyyətli narahatlıq və pozulmalara səbəb olan obsesif düşüncələr və ya kompulsiv davranışlar.
  • Dərmanların və ya narkotik istifadəsi nəticəsində yaranmayan obsesif-kompulsif pozğunluğun davamlı simptomlarının olması.
  •  Başqa bir psixi pozğunluğun əlamətləri ilə izah edilə bilməyən obsesif-kompulsif pozğunluğa xas olan simptomların olması.
  •  Depressiya və narahatlıq kimi bir çox digər pozğunluqlar obsesif-kompulsiv pozğunluğa oxşar xüsusiyyətlərə malikdir və onların bu pozğunluqla birlikdə baş verməsi mümkündür.

 Obsesif-kompulsif pozğunluğun müalicəsi

Xoşbəxtlikdən, obsesif-kompulsif pozğunluğun effektiv müalicə üsulları var. Düzgün metodun seçilməsi insanın simptomlar toplusundan və onun həyatına və rifahına təsirindən asılıdır. Bəzi effektiv müalicə variantları bunlardır:

  •  Obsesif kompulsif pozğunluğun dərmansız müalicəsi
  •  Bilişsel-davranışçı terapiya: (CBT) adlanan bu tip psixoterapiya insana düşüncə, hiss və davranış tərzini dəyişməyə kömək edə bilər.
  • Davranış terapiyalarının 3cü dalğası sayılan ACT terapiya metodları olduqca dinamik təsirə malikdir. (Bununla bağlı ətraflı təlim proqramını saytımızda əldə edə bilərsiniz)

 Bu üsula iki fərqli müalicə metodu daxil ola bilər: məruz qalma texnikası və operativ cavabın qarşısının alınması (ERP) və idrak terapiyası.

 Təsir və cavabın qarşısının alınması (ERP) texnikasına aşağıdakılar daxildir:

  •  Maruziyet (üzləşmək): Bu hissədə insan onda qorxu və narahatlığa səbəb olan vəziyyətlərə və əşyalara məruz qalır. Zamanla, normallaşma deyilən bir proses vasitəsilə, təkrar məruz qalma narahatlığın azalmasına və ya aradan qaldırılmasına səbəb olur.
  •  Cavab: Bu mərhələ insana kompulsiv davranışlarla məşğul olmaq vəsvəsəsinə müqavimət göstərməyi öyrədir.

 Koqnitiv terapiya fərdin kompulsiv davranışlarda iştirak etmənin və ya onlardan çəkinməyin nəticələrinə dair inanclarını müəyyən etməyə və yenidən qiymətləndirməyə təşviq etməyi əhatə edir.

 Sonra terapevt insanı aşağıdakılara təşviq edir:

  •  Obsesif düşüncələri dəstəkləyən və ya təkzib edən müxtəlif dəlilləri araşdırır.
  •  Obsesyonla əlaqəli (cognitive) bilişsel səhvləri müəyyənləşdirin.
  •  Müdaxilə edən fikirlərə, şəkillərə və ya ideyalara alternativ, daha az təhdidedici cavab hazırlamaq.

 

 OKP Dərman müalicəsi

 Bəzi dərmanlar OKP müalicəsinə kömək edə bilər, o cümlədən bir antidepresan növü olan selektiv serotonin geri alma inhibitorları (SSRI).

 Bu dərmanın bəzi nümunələri bunlardır:

  • Essitalopram
  •  Fluvoksamin
  •  Paroksetin
  •  Fluoksetin
  •  Sertralin

 Həkimlər depressiya ilə müqayisədə obsesif kompulsiv pozğunluğu müalicə etmək üçün bu dərmanların daha yüksək dozasını təyin edə bilərlər. Bundan əlavə, müalicənin nəticəsinin tanınması 3 aya qədər çəkə bilər.

 Obsesif kompulsif pozğunluğu olan insanların təxminən yarısı yalnız seçici serotoninin geri alınması inhibitorları ilə müalicəyə cavab vermir və onların həkimi antipsikotik dərmanlar da təyin edə bilər.

 Bundan əlavə, 2010-cu ildə bəzi tədqiqatçılar vərəm əleyhinə dərman D-cycloserine (Cervomycin) koqnitiv davranış terapiyası ilə birlikdə bu pozğunluğun müalicəsində kömək edə biləcəyini aşkar etdilər. Bu müalicə sosial narahatlığı olan insanlara da kömək edə bilər.

 Son nöqtə

 Yüngül OKP olan bir şəxs müalicə olunmazsa, simptomlar öz-özünə yaxşılaşa bilir. Bununla belə, ağır və ya orta dərəcəli OKP simptomları müalicə olmadan yaxşılaşmır və pisləşə bilər.

 Müalicə effektiv ola bilir, lakin yadda saxlamaq lazımdır ki, bu pozğunluğun müalicəsi davamlı bir prosesdir. Məsələn, gənclikdə simptomlar müalicə olunarsa və aradan qaldırılarsa, bəzi insanlarda bu əlamətlər qocalıqda yenidən görünə bilir.

 Hər hansı bir obsesif kompulsif pozğunluğu olan insan psixoterapevt və psixiatrı qəbuluna gedərkən peşəkar qayğı və rəhbərlik almalıdır.

 Bu məqalə psixoloq Aqil Əhməd tərəfindən yalnız fərqindəlik (agahlıq) və məlumat məqsədi üçün hazırlanmışdır. Bu məqalədəki tövsiyələrdən istifadə etməzdən əvvəl mütləq bir mütəxəssislə məsləhətləşdiyinizə əmin olun. Yazılan dərmanlardan həkiminizin məsləhəti olmadan istifadə etmək olmaz. Sullarınızı və fikirlərinizi şərh bölümündə yaza bilərsiniz.

 

(Asılı şəxsiyyət pozğunluğu (DPD) üçün, daim keçmişin fikirlərində ilişib qalan, gələcəklə bağlı qorxuları olan insanlar üçün və bir çox psixoloji narahatlıqların kökündən həlli üçün saytımızda iki faydalı təlim var ACT terapiya və Self- esteem ətraflı məlumat kurslar bölümündə)
(Asılı şəxsiyyət pozğunluğu (DPD) üçün, daim keçmişin fikirlərində ilişib qalan, gələcəklə bağlı qorxuları olan insanlar üçün və bir çox psixoloji narahatlıqların kökündən həlli üçün saytımızda iki faydalı təlim var ACT terapiya və Self- esteem ətraflı məlumat kurslar bölümündə)

 

 

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL