DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

300 AZN

4.8/5

Dəyərli yoldaşlar, əziz tələbələr və hörmətli həmkarlar
ilk öncə hər birinizi ürəkdən salamlayıram.
 Özünüzə, şəxsi inkişafınıza dəyər verib, inkişafınız üçün sərmayə etdiyiniz üçün
sizi təbrik edirəm.

 Arzuları və istəkləri üçün çalışan, hərəkət edən insanlar hər bir cəmiyyətdə
iki faizdən artıq deyil. Sevinirəm ki xəyalları üçün səy göstərən sizlərlə bir yerdəyəm.

“Daimi xoşbəxtlik” adını verdiyim 3 həftəlik təlim proqramı haqqında məlumat
vermək istəyirəm. Düşünürəm ki, öncədən müraciət edənlər kurs haqqında ətraflı
məlumat əldə edə biləcəklər.

   TƏLİMDƏ İLK OLARAQ

  • ACT TERAPİYASI NƏDİR?
  • FƏLSƏFİ KÖKÜ VƏ MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
  • ƏZİYYƏT EDƏN ZƏHƏRLİ DÜŞÜNCƏLƏRİN SƏBƏBİ NƏDİR?
  • BU DÜŞÜNCƏLƏRDƏN NECƏ XİLAS OLA BİLƏRİK?
  • HƏYATDAKI DƏYƏR VƏ MƏQSƏDLƏRİMİ NECƏ TAPA BİLƏRƏM?
  • DİQQƏT VƏ FOKUSUMU NECƏ ŞÜURLU ŞƏKİLDƏ GÜCLƏNDİRƏ BİLƏRƏM?
    (diqqət pozğunluğu olan insanlar üçün çox faydalıdır)
  • HƏYATDA BAŞ VERƏN, QAÇILMAZ OLAN AĞIR HADİSƏ VƏ MÜSİBƏTLƏR
    İLƏ NECƏ BAŞ EDƏ VƏ NECƏ QƏBULLANMAQ MÜMKÜNDÜR?
  • NECƏ HƏYATA DAVAM ETMƏLİ VƏ DƏYƏRLƏRİMƏ SADİQ QALMAĞI
    BACARMALIYAM?

 Və sair bu kimi insan həyatını əhatə edən bir çox sualları metafora kimi canlandırıb
cavab verəcəyik.

 ACT terapiyada olan Testlər və anketlərlə tanış olub necə doldurmaq lazım
olduğunu öyrənəcəksiniz.

Bu təlim psixologiya üzrə təhsil alan və psixoloq fəaliyyəti göstərənlər üçün ilk
növbədə öz üzərlərində daha sonra müraciət edənləri ilə seanslarında effektiv nəticə
ala bilmələri üçün olduqca faydalı olacaqdır.

Eyni zamanda bütün bunlar tibbi sahədə çalışanlar üçün də əhəmiyyətlidir.

Tələbə olmağa hazırlaşanlar və ya tələbələr üçün həyata olan baxışlarını yaxşı
mənada gücləndirməyə, qarşıya çıxan maneələri yetkincə anlaya bilmək və düzgün
qərarlar verməkdə çox böyük kömək olacaqdır.

Təlim müddəti 6 saat+ yaranan suallara cavab formasında hazırlanıb. Tövsiyyə edirik ki təlim videolarını ardıcıllıqla izləyəsiniz. Hər bir bölümün testlərini, suallarına öz dəftərinizdə cavab verəsiniz. Təlimi tamamilə bitirdikdən sonra ilk növbədə öz üzərinizdə təcrübə edəsiniz. Hər hansı bir sualınız yaranarsa şərh bölməsində bizimlə bölüşün.

 

 

ACT TERAİYA

Kursa baxın

Siz kursu almamısınız

Kursun məbləğini bank hesabına köçürün və sonra bizə məlumat verin

Təlim proqramını əldə etmək üçün aşağıda göstərilən hesaba ödəniş edib, qəbzi ödəniş yerində yollayın 

ÖDƏNİŞ QAYDASI