İnsanın içində elə bir proses baş verir ki, bu proses nə terapevtlə bölüşülür, nə yaxın çevrə ilə danışılır, nə də insan özündə tam olaraq fərq edir. Bu proses öz dəyərinin yavaş-yavaş sönməsidir. Özünəinamın azalması ani şəkildə baş verən bir dağılış deyil. Əksinə, çox sakit, hiss etdirilmədən və çox zaman ağrı vermədən inkişaf edir. Lakin nəticələri həyatın bütün sahələrinə təsir edir: münasibətlərdə həssaslıq artır, qərarsızlıq dərinləşir, özünütənqid güclənir, insan başqalarının təsdiqinə daha çox möhtac olur və nəticədə daxili enerji azalır.
Psixologiyada bu hal self-esteem collapse, yəni özünəinamın səssiz şəkildə çöküşü adlanır. Mənəvi mənbələrdə isə bu, insanın öz nəfsinin dəyərini unutması kimi təsvir edilir.

Niyə İnsan Öz Dəyərinin Azaldığını Hiss Etmir?
Bu prosesin ən qəribə tərəfi insanın onu hiss etməməsidir. Elmi araşdırmalar göstərir ki, self-esteem düşəndə beyin bunu təhlükə kimi qəbul etmir. Beyin üçün təhlükə əsasən xarici mühitdən gələn stimullardır – fiziki təhlükələr, sosial təhdidlər və kənardan gələn risklər.
Özünəinam isə daxildə, sakit şəkildə azaldığı üçün beyin bunu belə kodlayır:
“Bu mənəm. Mən həmişə belə olmuşam.”
Və insan elə bu yalançı identitetin içində illərlə qala bilir. Mən kiməm? Nə qədər dəyərliyəm? Mənim duyğularımın, seçimlərimin, hüdudlarımın haqqı var?
Bu suallar cavabsız qalanda self-esteem düşür. Self-esteem düşəndə insan daha çox reaksiya verir, daha az düşünür. Bədən gərginləşir, ruh yorulur, zehn bulanır.
Bu, psixologiyada identity adaptation adlanır. İnsan özünə yalnış bir şəxsiyyət qurur və illərlə onun içində yaşayır.
Aşağı Self-Esteem Zamanı Beyində Baş Verən 3 Əsas Psixoloji Proses
Müasir psixoloji araşdırmalar (APA, Harvard Health, Journal of Personality Research) göstərir ki, self-esteem zəifləyərkən, öz dəyərini hiss etməyən insanın beyində üç əsas mexanizm aktivləşir:
1. Overthinking — Həddindən artıq düşünmək
Beyin təhlükəni müəyyənləşdirmək üçün hər hadisəni həddindən artıq təhlil etməyə başlayır. Bu, insanın enerjisini tükəndirir və qərarverməni zəiflədir.
2. Self-Criticism — Özünə qarşı sərt tənqid
Aşağı özünədəyər zamanı insan “səhv”lərlə “şəxsiyyət”i qarışdırır. O, öz səhvlərini öz dəyərinin göstəricisi kimi qəbul edir.
3. External Locus of Control — Başqalarının təsirinə bağlılıq
İnsan öz dəyərini daxildən deyil, başqalarının reaksiyalarından ölçməyə başlayır. Bu isə münasibətləri həssas, emosiyaları kövrək və davranışları qeyri-sabit edir.
Bu proseslər insanı özündən uzaqlaşdırır. İnsan özünü görmədikcə, özünü qorumağı da bacarmır.
Self-Esteem Zəiflədikcə Həyatda Nələr Dəyişir?
Araşdırmalar göstərir ki, aşağı self-esteem:
-
sosial narahatlığı artırır
-
emosional həssaslıq yaradır
-
stresə dözümlülüyü azaldır
-
qərar verməni çətinləşdirir
-
motivasiyanı zəiflədir
-
tükənmə (burnout) riskini yüksəldir
Bu vəziyyət sadəcə psixoloji hal deyil; həm də ruhi yorğunluğun başlanğıcıdır.
Mənəvi Perspektiv: Niyə Dəyərimizi Unuduruq?
Mənəvi mənbələrə görə insanın dəyəri onun Allah tərəfindən verilmiş izzəti-nəfsi üzərində qurulur.
Həzrət Əli (ə) belə buyurur:
“Özünü tanıyan, dəyərini bilər.”
İnsan özünü tanımadıqda:
-
səhvlərini şəxsiyyətinə yükləyir
-
özünü başqasının gözü ilə dəyərləndirir
-
başqasının təsdiqinə bağlı olur
-
keçmişdəki travmaları indiki şəxsiyyəti ilə eyniləşdirir və günahkarlıq hissi ilə özünü basdırır.
Bu isə həm psixoloji, həm də mənəvi gücü tükədir.
Self-Esteem Necə Bərpa Olunur? — BPSS Modelinə Əsaslanan 3 Mərhələ
Son 22 illik araşdırma və praktiki müşahidələrim göstərir ki, self-esteem-in bərpası üçün insan 3 mərhələdən keçməlidir:
1. Özünü Görmək (Self-Awareness)
İnsan öz emosiyalarını, reaksiyalarını və düşüncələrini dürüst şəkildə müşahidə etməlidir.
Bu mərhələdə insan aşağıdakı sualları verməyi öyrənər:
-
Mən niyə belə hiss edirəm?
-
Bu reaksiya mənimdir, yoxsa keçmiş travmanın izidir?
-
Bu düşüncə həqiqətdir, yoxsa qorxu?
Bu mərhələ şüurun oyanışıdır və bərpanın fundamental hissəsidir.
2. Özünü Qəbul Etmək (Self-Acceptance)
İnsan öz səhvlərini şəxsiyyətindən ayırmağı öyrənir.
Burada əsas prinsip belədir:
“Səhvim var — amma dəyərim sabitdir.”
Bu cümlə insanın daxili dünyasında böyük dönüş yaradır və özünə qarşı şəfqəti artırır.
3. Özünü Dəyərləndirmək (Self-Respect)
Bu mərhələdə insan:
-
hüdud qoymağı
-
öz ehtiyaclarını görməyi
-
özünü qorumağı
-
dəyərini davranışlarında əks etdirməyi öyrənir.
İzzəti-nəfs bu mərhələdə doğulur.
Niyə Self-Esteem Həyatın Ana Təməlidir?
Self-esteem sağlam olduqda:
-
münasibətlər sabitləşir
-
iş motivasiyası güclənir
-
seçimlər aydınlaşır
-
günahkarlıq hissi azalır
-
ibadət şüuru yüksəlir
-
həyat ritmi stabilləşir
Aşağı self-esteem isə insanı ən böyük itki ilə üz-üzə qoyur: özünü itirmək.
Nəticə: İnsan Öz Dəyərini Tanımadıqca Həyat Zəifləyir
İnsanın ən böyük düşməni kənarda deyil. İnsanın ən böyük düşməni özünü tanımaması və öz dəyərini kiçiltməsidir.
Özünü tanıyan, dəyərini anlayan və onu qorumağı bacaran insanı isə dünya dəyişdirə bilmir. (Telegram kanalımızada göz gəzdir)
Daha Dərin Dəyişim Üçün…
Əgər bu mövzuda daha dərin, elmi, praktik və mənəvi dəyişiklik yaşamaq istəyirsinizsə,
“Özünüdərk – Özünəinam” (Self-Esteem Transformasiya) proqramı sizin üçün növbəti addım ola bilər.
Bu məqaləni oxumaq birinci addımdır.
İkinci addım — öz dəyərini bərpa etmək yoluna çıxmaqdır.
Bu il özünüzə və sevdiklərinizə edə biləcəyiniz ən gözəl hədiyyə — daxili dəyərinizi yenidən kəşf etməkdir.
Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!