Skip to content

PTC Terapiyası Hansı Problemlərdə Effektivdir və Hansı Hallarda Tövsiyə Olunmur?

Psixologiyada Ptc terapiyası nədir

PTC terapiyası (Paradoksal Zaman Çərçivəsi) strukturlaşdırılmış, praktik və psixoanalitik əsaslı psixoterapiya modelidir. Bu yanaşma simptomu aradan qaldırmağa çalışmaq əvəzinə, onu zaman çərçivəsində yenidən təşkil edərək idarəolunan hala gətirməyi hədəfləyir.

Modelin əsas prinsipi sadədir:

Simptomla mübarizə aparmaq əvəzinə, onu terapevtik alətə çevirmək.

Bu xüsusiyyət PTC-ni həm klinik praktikada, həm də qısamüddətli müdaxilə modelləri arasında fərqləndirir.

PTC Terapiyası Nədir?

PTC (Paradoksal Zaman Çərçivəsi) terapiyası simptomun spontan və nəzarətsiz ortaya çıxmasını terapevtik olaraq strukturlaşdırılmış və zamanla məhdudlaşdırılmış formaya salır.

Model xüsusilə aşağıdakı mexanizmlərlə işləyir:

  • Emosional reaktivliyin tənzimlənməsi
  • Müdafiə mexanizmlərinin zəiflədilməsi
  • “Mən” strukturunun gücləndirilməsi
  • Simptomun nəzarət mexanizminə çevrilməsi

PTC praktiki psixoanalitik model hesab olunur, çünki o, şüuraltı konfliktləri nəzərə alır, lakin uzun illər davam edən klassik analiz modeli deyil – strukturlaşdırılmış və proqramlaşdırılmış formatda tətbiq olunur.

PTC Terapiyası Hansı Psixoloji Problemlərdə Effektivdir?

PTC terapiyası aşağıdakı psixoloji və emosional çətinliklərdə effektiv nəticələr göstərir:

1. Anksiyete Pozuntuları

Xüsusilə:

  • Fobiyalar (patoloji qorxular)
  • Yayılmış anksiyete
  • Nəzarət etməyə çalışdıqca güclənən qorxu reaksiyaları
2. Panik Atak

Paradoksal zamanlama texnikası panik dövrünü idarəolunan çərçivəyə salmağa kömək edir.

3. Obsesiv-Kompulsiv Pozuntu (OKP)

Paradoksal müdaxilə vasitəsilə:

  • Obsesiyanın dominantlığı azalır
  • Kompulsiv davranışların intensivliyi zəifləyir
  • Simptom üzərində subyektiv nəzarət artır
4. Şəxsiyyət Xüsusiyyətləri ilə Bağlı Çətinliklər
  • Problemli şəxsiyyət xüsusiyyətlərinin tənzimlənməsi
  • “Mən” strukturunun gücləndirilməsi
5. Stress və Travma Problemləri
  • Xroniki stress
  • Posttravmatik stres reaksiyaları
6. Cütlük və Ailə Münasibətlərində Konflikt

Paradoksal yanaşma:

  • Emosional reaktivliyi azaldır
  • Qarşılıqlı müdafiə mexanizmlərini zəiflədir
  • Münasibət balansını bərpa etməyə kömək edir
7. Yuxu Problemləri
8. Qidalanma Pozuntuları
9. Somatik (Bədənlə İfadə Olunan) Simptomlar
10. Uşaq və Yeniyetmələrdə Davranış Çətinlikləri

 

PTC Terapiyasının Əsas Xüsusiyyətləri

 

1. Struktur Mərkəzli Yanaşma

PTC yalnız diaqnostik təsnifatlara əsaslanmır. Əsas fokus struktur səviyyədə dəyişiklik yaratmaqdır.

2. Sistemli və Proqramlaşdırılmış Model
  • Terapiya əvvəlcədən planlaşdırılmış strukturla aparılır
  • Tapşırıqlar reseptləşdirilmiş şəkildə verilir
  • Zaman faktoru əsas terapevtik alət kimi istifadə olunur
3. Hibrid və İnteqrativ Yanaşma

PTC modeli aşağıdakı yanaşmaları birləşdirir:

  • Psixodinamik (psixoanalitik) yanaşma
  • Davranışçı elementlər
  • Sistemik terapiya prinsipləri

Bu səbəbdən həm dərin strukturla, həm də praktik simptom idarəsi ilə işləyir.

4. Qısamüddətli və Effektiv

PTC terapiyası strukturlaşdırılmış və fokuslu müdaxilə modeli olduğu üçün bir çox klinik hallarda çox qısa müddətdə nəzərəçarpan nəticələr verir.

Bir çox pasiyentlərdə:

  • 4–5 seans ərzində əhəmiyyətli simptom azalması müşahidə olunur (xüsusilə anksiyete, panik reaksiyalar və obsesiv simptomlarda).
  • Şəxsiyyət xüsusiyyətləri (Personal disorder) ilə bağlı çətinliklərorta ağırlıqlı depressiv hallar isə daha dərin struktur işi tələb etdiyindən, adətən 8–12 seanslıq proqram çərçivəsində tənzimlənə bilir.

Burada əsas məqsəd yalnız simptomun azalması deyil, emosional reaktivliyin və daxili konfliktlərin struktur səviyyədə yenidən təşkil olunmasıdır.

Bu səbəbdən PTC terapiyası elmi və etik yanaşma olaraq həm qısamüddətli müdaxilə modeli kimi, həm də uzun müddətli qalıcı təsirə malik psixoterapiya modeli kimi qəbul oluna bilir.

5. Özünü-Tənzimləmə Bacarığı Qazandırır

Terapiyanın məqsədi yalnız simptomu azaltmaq deyil, pasiyentə:

Simptom təkrarlandıqda necə özünü idarə etməli? olduğu bacarığı bəxş edir.

Bu yanaşma uzunmüddətli psixoloji dayanıqlıq yaradır.

6. Emosional Struktura Fokus

Model məlumat verməkdən çox:

  • Emosional reaktivlik
  • Daxili konflikt
  • Struktur zəiflik

üzərində işləyir.

7. Metafora və Paradoksdan İstifadə

Paradoksal müdaxilələr:

  • Müdafiə mexanizmlərini zəiflədir
  • Müqaviməti azaldır
  • Şüuraltı struktura daha birbaşa çıxış yaradır
8. İqtisadi Baxımdan Sərfəli

Qısamüddətli olması səbəbilə:

  • Daha az seans
  • Daha az maliyyə yükü
  • Daha fokuslu nəticə

 

PTC Terapiyası Hansı Hallarda Tövsiyə Olunmur?

PTC geniş tətbiq sahəsinə malik olsa da, hər klinik vəziyyət üçün uyğun deyil.

1. Psixotik Pozuntular
  • Şizofreniya spektri
  • Reallıqla əlaqənin ciddi pozulması
2. Ağır və Kəskin Əhval-Ruhiyyə Pozuntuları
  • Major depressiya (ağır forma)
  • Bipolar I pozuntu
3. Mərkəzi Sinir Sisteminin Struktur Zədələnməsi
4. Şüur və Orientasiya Pozuntuları
  • Kəskin intoksikasiya
  • Ağır kognitiv dezorientasiya

Bu hallarda PTC əsas müalicə üsulu kimi istifadə edilmir.

Nəticə: PTC Terapiyası Kimlər Üçün Uyğundur?

PTC terapiyası:

  • Anksiyete və obsesiv simptomlarda
  • Şəxsiyyət struktur zəifliklərində
  • Münasibət konfliktlərində
  • Stress və travma reaksiyalarında

qısa müddətdə effektiv nəticə verə bilən praktik psixoanalitik modeldir.

Model simptomu zəif nöqtə kimi deyil, terapevtik imkan kimi istifadə edir. Düzgün pasiyent seçimi və peşəkar tətbiq çərçivəsində PTC terapiyası struktur səviyyədə dəyişiklik yaratmağa imkan verir.

Azərbaycan və Türkiyə də  PTC terapiya modelini rəsmi şəkildə tətbiq edən və terapevt hazırlığı aparan mütəxəssis: Ph.D Psixoloq Aqil Əhməddir.

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL