Skip to content

Psixoloq Assistent Proqramı Nədir? Tələbələrimizin Rəyləri və Təcrübələr (1-ci Hissə)

Hər şey bir sualla başladı…

Bir neçə il idi ki, psixologiya sahəsində təhsil alan və ya bu sahədə fəaliyyətə yeni başlayan insanlarla ünsiyyətdə olurdum. Demək olar ki, hamısından eyni cümləni eşidirdim:

“Biz nəzəriyyəni bilirik… amma praktikada nə edəcəyimizi bilmirik.”

Bu artıq sadəcə fikir deyildi – real bir ehtiyacın göstəricisi idi. Çünki ortada görünməyən bir uçurum vardı: nəzəriyyə ilə reallıq arasında.

İnsanlar oxuyurdu, öyrənirdi, müəyyən qədər terminləri bilirdi… Amma real həyatda necə və niyə tətbiq etməlidir, bir insanın qarşısında oturanda ilişib qalırdı:

  • “İlk cümləni necə deyim?”
  • “Qarşımdakı insan ağlayarsa nə edim?”
  • “Səhv etsəm nə olacaq?”

Bilik vardı. Amma tətbiq yox idi. Və zamanla ən təhlükəli şey yaranırdı özünə inamsızlıq.

Dəyişimi başladan sual

Bir gün özümə sual verdim:

“Əgər mən bu gün sıfırdan başlayan biri olsaydım, mənə ən faydalı olacaq təlim necə olardı?”

Cavab çox aydın idi.

Mənə sadəcə nəzəri dərs yox… mənə lazım olan:

  • Təhlükəsiz bir mühit,
  • Səhv edə biləcəyim bir yer,
  • Real situasiyaları görə biləcəyim sistem,
  • Və mənə yol göstərəcək bir peşəkar mentor.

Yəni… real təcrübə.  Beləliklə praktikaya əsaslanan Psixoloq Assistent Programı ideyası yarandı.

Amma məqsəd sadəcə məlumat ötürmək deyildi. Biz istəyirdik ki, Psixoloq assistent proqramdan çıxan insan səmimi şəkildə “ahaa” desin. “Dərk etsin”…

Bir çox tələbəmizin dediyi isə hər şeyi xülasə edir: “Mən əvvəllər sadəcə oxuyurdum… indi isə müşahidə edə bilirəm, hiss edirəm ki, bu sahənin içindəyəm.”

Məhz məqsəd də bu idi. Çünki psixologiya sadəcə öyrənilən bir elm deyil —o, dərk edilən və yaşanan bir sahədir.

Əsas problem: öyrənmək və dərk etmək

İllərlə həm akademik mühitdə, həm də real həyatla işləyərkən bir şeyi aydın görürdüm: Psixologiya öyrədilir, amma çox zaman dərk edilmir. Terminlər əzbərlənir, amma insanın daxili dünyası anlaşılmır.

Bu sualı tez-tez görüşlərdə dilə gətirirdim: “Əgər insan terminləri bilirsə, amma insanı anlamırsa — bu bilik nə üçündür? nəyə lazımdır?”

Psixoloq Assistent proqramı hazırlayarkən məqsədimiz aydın idi:

  • Psixologiyanın nə qədər ciddi və məsuliyyətli,
  • Eyni zamanda nə qədər praktik bir sahə olduğunu göstərmək və
  • BPSS (bio-psixo-sosial-spiritual) yanaşması ilə insanı bütöv şəkildə anlamağı öyrətmək
  • Bu sahədə düşünən və məsuliyyətli mütəxəssislər yetişdirmək  

 

Psixologiya haqqında daha çox öyrənmək üçün/blog/psixologiyanın əhəmiyyəti

Nəticə: doğru istiqamət

Bu gün tələbələrimizin inkişafını və səmimi fikirlərini görmək bir şeyi açıq şəkildə göstərir:

Şükürlər olsun, düzgün qərar vermişik və biz doğru yoldayıq.

Bu səs yazıları sadəcə rəy deyil… bu, bir düşüncə modelinin dəyişməsinin səsidir.

Və bu gün sənin bu yazını oxumağın heç də təsadüfi deyil.

Bəlkə də bu sənin başlanğıc nöqtəndir…

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL