Dəyərli dostlar enerji dolu bir məkandan hər birinizə ilahi eşqi və aramlığı yollamaq istəyirəm.
Bu meditasiya ilə zehni aramlığa və qəlbin şəfasına nail ola biləcəksiniz. Meditasiyanı 21 gün davamlı olaraq etməyiniz lazımdır. Çalışın hər dəfə meditasiya etdikdən sonra keçirdiyiniz hissləri gündəliyinizdə qeyd edin. İstəsəniz bu videonun altında şərh bölməsində təsüratlarınızı mənimlə də bölüşə bilərsiniz.
Meditasiya elmi, zehni rahatlama və dərin şəfa texnikasıdır. Meditasiya bir inanc sistemi deyil- bədənə, ağıla və ruha eyni vaxtda fayda verən bir müalicə üsuludur. Meditasiya bədənin öz daxili zehnini yenidən kəşf etməyin bir yoludur. Stressin bir çox xəstəliklərin əsas səbəblərindən biri olduğunu bilirik. Araşdırmalar göstərir ki, meditasiya bir çox sağlamlıq problemlərinə yaxşı gəlir. Meditasiyası ilə stress böyük ölçüdə aradan qaldırıldığı üçün zehnimiz və bədənimiz sağlamlıq, canlılıq və xoşbəxtlik yaradaraq, maksimum səmərəliliklə işləməyə başlayır.
Hər gün müntəzəm olaraq meditasiya etmək sizdə- stressi aradan qaldırar, narahatlığı və müxtəlif qorxuları azaldar, davamlı ideal çəkiyə çatmağınıza kömək edər, yuxu keyfiyyətinizi yaxşılaşdırar, münasibətlərinizi yaxşılaşdırar, daxili dinclik gətirər, yaradıcılığınızı və intuisiyanızı oyadar, diqqət toplamaq qabiliyyətinizi artırar, konsentrasiyanı gücləndirər, yüksək qan təzyiqini tənzimləyər, immunitet sistemini gücləndirər, yorğunluğu aradan qaldırar, sizi daha az mühakimə etməyə məcbur edər, yaşlanma əleyhinə hormonlar (DHEA) ifraz olunmasına kömək edər, fiziki, zehni və emosional olaraq sizi dincliyə gətirər, ruhunuzla nəfsiniz arasında bağınızı gücləndirir yəni balans yaradar. “Öz”– mənliyinizi tapmağınıza kömək olar.
Gün ərzində yarım saat meditasiya etmək, bütün gecə yatmaqdan qat-qat daha çox psixoloji istirahət ilə təmin edir. Müntəzəm olaraq meditasiya etdiyiniz zaman canlılığınızın, enerjinizin və yaradıcılığınızın gündən-günə artdığını görəcəksiniz.
Sizə təqdim etdiyim meditasiya ilə “daxili sülh” yolunda addımlamağına kömək olacaq . Sağlam və hüzurlu olun.
3 Comments
Salam doktor. Necə gözəl videodur. Mən ilk dəfə meditasiya etdim oda sizinlə. Səsiniz çox rahatladıcıdır. Dənizin səsi ilə bütün qaramaşıq düşüncələrim sankı dəniz yuyub aparırdı. o sükutu daddım. Özümü çox aram hiss etdim gün ərzində. Sizə təşəkkür edirəm ki bizləri düşünüb belə video hazırlamısınız. sizi instagramdanda izləyirəm. maraqlı, faydalı postlar paylaşırsınız. Özümü daha yaxşı tanımağımıza çox kömək edirsiniz. ugurlar arzulayıram size.
Allahın adıyla sizi salamlayıram doktor. Denizi necə sevirəm mən. Bu video ilə sanki sizin yanınızdayam və o enerjini hiss etdim. İnşallah bir gün sizdən fərdi meditasiya etmək mənə nəsib olar. Amin
Salam doktor bu gözəl meditasiya üçün sizə təşəkkür edirəm. Seansa vaxt götürdüm saitdeki yerden. Vaxtı sebirsizliklə gözləyirəm. sizin səhifəni instagramdan izləyirəm. nece aydır fikirlərim qarmaqarişiqdir. Beynimdə o qədər danışıram ki ayilanda gorurem vaxt gedib. Allaha şükürlər olsunki məni bura yönləndirdi.