Skip to content

HƏYAT QANUNLARINDAN – XOŞBƏXTLİK NƏDİR?

xosbextlik nedir?

 

Salam dəyərli dostlar xoş gördük hər birinizi.

2022-09-21 tarixində instagram üzərindən Xoşbəxtlik nədir? mövzusunda Sərvin xanımla müzakirələr etdik.

Canlı yayımda iştirak edə bilməyən dostlar üçün, videonu yüksək keyfiyyət və diqqətlə editləyib, rahat izləyə bilmələri üçün sayta yerləşdirdik.

İnanıram xoşbəxtlik istəyən insanlar üçün bu bir neçə dəqiqə zaman qığılcım olub, qəlblərində közərən bu istəyin alovlanmasına səbəb olacaq.

Eyni zamanda Sərvin xanimdan və həmin saatda canlıda bizimlə bir yerdə olan bütün dostlardan birdaha təşəkkür edirəm.

İnanıram ki videonu diqqətlə və təkrar-təkrar izləməklə bir neçə kodları götürə biləcəksiniz.

Xoşbəxtlik hər bir cəmiyyətdə, hər bir sivilizayada dəyərli və hər kəsin xoş qarşılayıb əldə etmək istədiyi bir məfhum sayılır.

Danışdıq ki Xoşbəxtliyə aparan ən düzgün baxış tərzi və ən yaxşı tərif hansıdır.

İnsan zehninin işləmə mexanizmindən, düşüncələrimizdə azad olsaqda, genitikamızın, ətraf mühitin düşüncələrimizə olan təsirlərindən danışdıq.

Eyni zamanda yaradan Allahımızın insan xoşbəxtliyinə olan müsbət təsirini izah etdik.

Sonda Sərvin xanımın özünə məxsus Əsmaul Husna adlı şəfalanma terapiyası qəbul edib, xoşbəxtliyi həyatımıza dəvət etdik.

Düşünürəm nəvaxt qarşına çıxacaqsa, heçdə təsadüf deyil, bəlkə sən həmin an hazırmışsan və ruhunun bu sözlərə bu şəfalanmaya ehtiyacı məhz elə bu anmış. İstəyirəm sonda fikirlərinizi, hisslərinizi və təəssüratlarınızı mənimlə və digər dostlarlada bölüşəsiniz. Cünki bir birimizin yazdıqlarını oxumaqla daha da həvəsli, şövqlü və fərqində oluruq.

Bu mövzuda daha ətraflı məlumatları əldə etmək istəyən, xüsusi olaraq öz üzərlərində işləmək istəyən və buna hazır olan insanlar üçün online olaraq hazırladığım 8 saatlıq DAİMİ XOŞBƏXTLİK təlimini əldə edə bilərlər daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Hər birinizə İlahi xoşbəxtliyi, hüzuru, aramlığı, zənginlik və sağlamlığı arzu edirəm.

Sevgi və hörmətlə Aqil Əhməd

1 Comment

  1. Once hem Aqil bey size,hem de gozel Servin xanima teshekkur edirem bizi bele gozel movzular ile melumatlandirdiginiz uchun.Yorulmadan dinledim,dinledikce de xoshbextlik hissi daha da choxaldi mende..Bundan daha xoshbext olmagim uchun neler mumkun?)


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL