Salam xoş gördük dəyərli dostlar
Bildiyiniz kimi adətən hazırladığım mövzular sağlam həyat tərizinə sahib olmağa, yaşam keyfiyyətimizin yaxşılaşdırmasına yönəlmiş mövzulardır.
Bugündə istəyirəm həm şəxsi həyatımda ətarfımda ən çox gördüyüm, eyni zamanda psixoloji seanslarımda tez tez qarşılaşdığım məsələlərdən biri olan, həmçinində son günlərdə instagram səhifəmdən bir neçə yoldaşların yazdığı sual olan Özümü necə sevə bilərəm? vəya Özümə nifrəti necə dayandıra bilərəm? sualına cavab verəm.
İlk öncə bunu demək istəyirəm ki, Bu mövzu fərdi inkişaf sahəsində o qədər önəmli və vacib məsələdir ki, bütün psixoloq və yaşam coach-laı
“Özünüdərk” – “özünü tanıma” özü ilə sülhdə olmağı müvəffəqiyyətin birinci addımı hesab edirlər.
Bəlkədə bunu oxuyarkən kimlərsə düşünər ki məndə heçdə belə bir problem yoxdurki özümü sevməyəm, vəya özümə nifrət edəm…
Məhz həmin dostlara demək istəyirəm ki demək olar ki bütün insanlarda özünə qarşı bucür yanaşma var. Yani elə bir insan yoxdur ki deyək bu insan yüzdə yüz özünüdərkə özünü sevməyə sahib olub. Bu mövzu o qədər həssas və köklü bir məsələdir ki bəlkədə ömrümüzün sonuna kimi bu məsələ üzərində daim nəzarət edib işləməliyik. Soruşa bilərsiz niyə belə deyirəm?
İlk növbədə özünü dərk (Selfesteem) və özünə güvən (self-confidence) müxtəlif psixoloji testlərlə müəyyən etmək olur.
Amma cavab vermək istəyirəm niyə bu məsələnin hamıda olduğu qənatində olduğuma qısa olaraq aydınlıq gətirmək istəyirəm.
Dəyərli dostum, elmi psixoloji əsaslara dayanaraq, rahat şəkildə deyə bilərəm ki, bizim bugünkü emosiyya, duyğu, həyacan və hisslərimiz 0-4 yaşa qədər artıq tamamən formalaşır. Nəzərə alsaq ki həmin bu yaşlarda heçbirimiz ixtiyar və gücə malik deyildik ki, ətrafımızda olan insanlara istər valideyinlər olsun istər kənar şəxslərə öz etirazımızı bildirək. (məsələn ataya deyək ki xaiş edirəm anamın üstünə səsini buqədər qaldıraraq danışma, cünki bu məndə öz mənfi təsirini qoya bilər və gələcəkdə məndə bu kimi şiddət, təcavüzkar insan ola bilərəm) . Bir növ məcbur idik uşaqlıq yaşında hər şeyi görməyə, eşitməyə, dadmağa, və sair.
Bütün bunların üstünə birdə:
Genetik faktırlarıda gəlsək və üzərinə dahada keçmişdən öz əjdadlarımızdan DNA-larımıza keçən enerjiə irsi olaraq daşıdığımız informasiyyalarıda gəlsək düşünürəm məsələnin fərqinə varmış olarsız ki biz heçdə bugünki seçdiyimiz inanclarda, baxış tərzimizdə, olar-olmazlarımızda iqtidara və ixtiyara sahib deyilmişik. Məgərki bütün bunlardan ilk öncə agahlıq tapıb fərqində olaq, daha sonra öyrənək ki necə öz gələcək həyatımı istədiyim kimi müəyyənləşdirə bilərəm. Çünki mən inanıram bütün yuxarıda yazdıqlarıma baxmayaraq, İnsan şüurlu, dəyişə bilən, inkif edən və inkişa meyilli olan bir varlıqdır.
Biz keçmişimizi dəyişə bilməsəkdə gələcəyimizi keçmişimiz kimi yaşamağa məcbur deyilik. Bəlkə tam ixtiyar sahibiyik. Təbii ki bütün bu dəyişim və inkişaf agahlıq, təkamül və iradə istəyir.
İnanıram bir birimizin kənarında bu dəyişim və inkişaf yolunu gözəl şəkildə davam etdirəcəyik.
Özümüzü və ətrafımızı yaşamaq üçün daha yaxşı yerə çevirməyə xidmət göstərəcəyik.
Bu yazıda və videoda əslində dəyərli dostlarıma, özünü dərk və özünü sevgi mövzusuna daha çox vaxt ayırmaları üçün bir qığılcım yaratmaq istəyim var. İnanıram ki Videoda dediyim tapşırıqlar ilkin addım olaraq özünü necə sevməyə? özünə nifrəti necə dayandırmağa? kömək olacaq. Fikirlərinizi şərh bölümündə yaza dostlarımızlada bölüşə bilərsiniz.
Sevgi və hörmətlə Aqil Əhməd
Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!