Haqqımda
Bəlkədə bəziləri həyatda öz yolunu çox asanlıqla tapır. Qərarlarını əvvəldən verir, seçimlərini hədəflərinə doğru istiqamətləndirəcək şəkildə edirlər. Məqsədləri üçün az çox çalışaraq, gec tez, asan yada çətin olsada çatarlar.
Lakin başqa bir qrup üçün belə olmur. Daim içində bir sual olur: Mən bu dünyada nə üçün varam? Nə etməliyəm bu dünyada?
Yeni yetməlik dövrümün ilk çağlarından yavaş yavaş ağı qaradan ayırmağa başlayandan daim bu suallara cavab axtarırdım. Mən kiməm? nə üçün varam? Nə etməliyəm? və başqa..
Bu sualların cavabını axtarmaqla 15 yaşı tamamlamamış Beynəlxalq Şərqşunaslıq və İlahiyyat universitetinə qəbul əldə etdim. Beş ildən biraz daha çox çəkən bu alitəhsil müxtəlif dinləri, onların kültür və mədəniyyətlərini, qərb və islam fəlsəfəsini, ən əsası təbiətə, insana və yaradana olan baxış tərzini mütaliə edib araşdırmağıma çox böyük yardımçı oldu.
Lakin bütün bunlar suallarıma cavab əvəzinə, suallarıma sual qatdı… sanki itirdiyim bir parçamı tapmaq üçün dünyaya gəlmiş kimi onu müxtəlif ədəbiyyatlar, fərqli müəllifləri vərqləməklə daha bir neçə ili başa vurdum.
Birgün ağsaqqalla qarşılaşıb soruşdum: nəxəbər ustad?
O incə bir təbəssüm, zərif bir zarafatla gözəl cavab verdi: “Özümdən başqa hər yerdən hər şeydən xəbərdaram” …
Bəli dostum acı və şirin həqiqət budur.
Bütün sualların, gözəlliklər, zənginlik və uğurun cavabı elə bizim içimizdədir. Lakin çoxumuz bu sonu olmayan xəzinədən xəbərsizik. İllərdirki bizə həsrət qalıb..
İçimdə yaranan özünütanıma, özünüdərk etmə şövqu sanki illərdir suallarımın cavab tapacağım ünvanı göstərdi mənə. Bu istək bu həvəs insanşünaslığı oxumağımın qığılcımını yaratdı içimdə.
İkinci Alitəhsil Psixalogiya üzrə master təhsilinə qəbul oldum. “Educational Psychology” ixtisası üzrə magistratura təhsilinə başladım. Beynəlxalq səviyyəli professor və ustadlardan bəhrələnə bildim. Elmi işlər, araşdırma və praktik təhlillər etməyim hədəf və məqsədlərimi, illərlə içimdə olan suallarıma cavab tapmağıma daha yaxşı zəmin yaratdı.Yüzlərlə alim və mütəxəssislərin müzakirələri, form və seminarlarında iştirak etmək, fərqli düşüncələrlə tanış olmağıma çox ciddi kömək oldu.
Onlarla elmi məqalə və psixoloji araşdırmalanın müəllifi olmaq, və magistratura təhsilini fərqlənmə və yüksək balla bitirməyim, Doktorantura təhsili üzrə “Health Psychology” ixtisası üzrə davam etdirməyimə şərait yaratdı.
Beynəlxalq Elmi dərəcə alan araşdırmaların bəziləri bunlardır:
“The role of resurrection in human material life”
“Providing a model of self-esteem from the perspective of İslamic culture and Psychology”
CBT TERAPİYA (Koqnitiv-davranışçı terapiya müxtəlif psixi sağlamlıq vəziyyətlərinin, ilk növbədə müasir dünya insanlarının depressiya və narahatlıq pozğunluqlarının simptomlarını azaltmaq məqsədi daşıyan psixo-sosial müdaxilədə nə qədər təsir edir)
Hypnotherapy and hypnoanalysis (Hipnoz-terapiya və hipnoanaliz)
EQ – Eİ emosional zəka və duyğusal yetkinlik
Shema terapiya (insan resurslarının tənzimlənməsində şəxsiyyət tiplərinin əhəmiyyəti)
ACT terapiya
NLP MASTER
MBİ və DBİ (Biznes və marketinq coachluğu, insan resurslarının idarə olunması) və sair.
Əlavə suallarınızı Gmail vəya müraciət butonundan ünvanlaya bilərsiniz.
“Arzularını yaşamaq sənin haqqındadır”!