Psixoloji seans və təlim ödənişləri – adlı videoda sizdən gələn suallara geniş şəkildə cavab verdim.
Həm instagram səhifəmə həm mailə göndərdiyiniz textləri oxudum və siz çox mən tək olduğumdan sizə psixoloji seans və təlim ödənişləri ilə bağlı 26 dəqiqəlik video hazırladıq. Psixoloji seans və təlim ödənişləri ilə bağlı videoda həm təhsilim həm təcrübələrim haqqında sizin üçün qısa məlumat verdim. Siz daha geniş məlumat əldə etmək istəyirsinizsə Haqqımda bölmünə daxil olub oxuya bilərsiniz.
Bu keçən 22 il ərzində insan həyatının keyfiyyətini artıran, sağlam həyatı bizlərə vəd edən, xoşbəxt və aramlığı bizə gətirən müxtəlif yollardan, müxtəlif terapiya növlərindən birinci növbədə öz üzərimdə istifadə etmişəm. Bir təqiqatçı olaraq bütün yollara özümü vurmağa çalışmışam. Demirəm bu yollar faydasiz idi amma, daha güclü, təsirli bir terapiya, yol və daha düzgün qanun tapdım. Bu qanun həyat qanunları ilə tanış oldum. İstəyirəm ki ardını hazırladığımız videodan izləyin. İnanıram ki diqqətlə dinlədikdə, yaranacaq sualarınıza cavab tapa biləcəksiniz.
Sizdən gələn psixoloji seans və təlim ödənişləri ilə bağlı suallara-
Bunu demək istəyirəm – dəyərli dostlar www.agilahmad.com saytını yaratmaqda məqsədim elmi, psixoloji, mənəvi bilgilərimi sizinlə bölüşmək və həyat keyfiyyətinizi artırmaq üçün, şəxsi inkişafınız üçün, sizin üçün əlçatan mənbə yaratmaqdır. Saytımızda diqqətlə gəzsəniz sizin üçün, kitab sevərlər üçün şəxsi inkişaf, uğur, müvəffəqiyyət zəmnində ödənişsiz kitab pdfləri yerləşdirilib. Eyni zamanda video izləməyi sevən dostlarımızı da nəzərə aldıq və psixoloji zəmnində videolar hazırlayıb zaman-zaman video bölmündə yerləşdiririk Hətta sizdə yaranan suallara həm sizin həm digər dostlarımız üçün faydalı olsun deyə Suallara-cavab serialı adı altında bölüm yaratdıq. Eyni zamanda dinləməyi sevən dostlarımız üçün işə gedərkən, idman edərkən, yolda, maşında dinləyə biləcəyi radio formatında musiqili, sizi daxilinizdəki dünyaya səfər etdirən və orda sülh yaradan Daxili Sülh adlı o podcast bölmü yerləşdirdik. Eyni zamanda həm saytımızın Bloq bölmündə həmdə instagram səhifəmdə psixoloji mövzularda məqalə və postlar paylaşırıq. Bunların hamısı sizin üçün ödənişsiz olaraq təqdim edilir.
Sizin üçün yeni bir xəbərimdə var. Daun və Autism sindromu diaqnozu qoyulmuş uşaqların valideyinlərinə dəstək məqsədli ödənişsiz seanslar keçirilir. Bu yazını oxuyan dostum ətrafında belə insanlar varsa bu postu o insanla paylaş çox insana dəstək ola bilək.
Hər birinizə daimi xoşbəxtlik və daxili sülh arzu edirəm. Hisslərinizi və suallarınızı şərh bölümündə yazıb mənimlə və digər həmferekaslarınızla bölüşün ki, bir – birimizin fikirlərindən, təcrübələrindən inkişafımız üçün istifadə edək.
Sevgi və hörmətlə Aqil Əhməd

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!