PSİXOLOQ ASSİSTENT PROQRAMI 2025/2026

CERTFİCATE VERİFİCATİON

 

Ad, Soyad, Ata adı Sertifikat nömrəsi İmtahan nəticəsi
Alimə Axundova Fikrət qızı AA-PA-C01-001-26 100/100
Arzu Quliyeva Xanquli qızı AA-PA-C01-002-26 60/100
Arzu Nuruzadə Kərəm qızı AA-PA-C01-003-26 60/100
Aysel Məmmədli Azad qızı AA-PA-C01-004-26 70/100
Gülər Cavani Hüseyn ağa qızı AA-PA-C01-005-26 60/100
Gülşən Əlizadə İlqar qızı AA-PA-C01-006-26 94/100
Humay Hacıyeva Vaqif qızı AA-PA-C01-007-26 74/100
Kəmalə İmanova Nəbi qızı AA-PA-C01-008-26 74/100
Nigar Əliyeva Bahadır qızı AA-PA-C01-009-26 92/100
Rəxşəndə Əsgərova Etibar qızı AA-PA-C01-010-26 60/100
Səbinə Məmmədova Nazim qızı AA-PA-C01-011-26 76/100
Səma Atayeva İbrahim qızı AA-PA-C01-012-26 80/100
Sənubər Həsənova Soltanağa qızı AA-PA-C01-013-26 76/100
Ülviyyə Əmiraslanova Asif qızı AA-PA-C01-014-26 86/100
Ülviyyə Əzizova AA-PA-C01-015-26 95/100
Zərubə Əlimirzəyeva Abdulla qızı AA-PA-C01-016-26 60/100
Əzizə Əliyeva Səbuhi qızı AA-PA-C01-017-26 90/100
Aybəniz Kərimova Aşur qızı AA-PA-C01-018-26 96/100

PSİXOLOQ ASSİSTENT PROQRAMI 2025–2026

 

PROQRAM HAQQINDA

Psixoloq Assistent Proqramı psixologiyanın əsas prinsiplərini, ilkin klinik düşünmə bacarıqlarını, peşəkar kommunikasiya və müşahidə bacarıqlarını, etik sərhədləri və psixoloji qiymətləndirmənin fundamental elementlərini öyrətməyə yönəlmiş nəzəri-praktik tədris proqramıdır.

Proqram iştirakçıların yalnız psixoloji termin və nəzəriyyələri mənimsəməsini deyil, psixoloji hadisəni müşahidə etmək bacarıqlarının inkişafını hədəfləmişdir.

ƏSAS TƏDRİS İSTİQAMƏTLƏRİ
I. Psixoloji yardımın əsasları

• Psixoloq–klient münasibəti və terapevtik ittifaq

• Peşəkar sərhədlər və etik prinsiplər

• Psixoloqun rolu və səlahiyyətlərinin sərhədləri

• Təhlükəsiz psixoloji mühitin formalaşdırılması

II. Klinik kommunikasiya və müsahibə

• Psixoloji müsahibənin strukturu

• Aktiv dinləmə

• Empatik cavablar

• Refleksiya və aydınlaşdırma

• Açıq və qapalı suallar

• Verbal və qeyri-verbal davranışın müşahidəsi

• Psixoloji müşahidə xəritəsinin qurulması

III. İlkin qiymətləndirmə və klinik düşünmə

• Əsas şikayətin və emosional ağrının müəyyənləşdirilməsi

• Psixoloji məlumatların sistemləşdirilməsi

• Risklərin ilkin qiymətləndirilməsi

• Psixoloqun müdaxilə sərhədlərinin müəyyənləşdirilməsi

• Referral və uyğun mütəxəssisə yönləndirmə prinsipləri

• Klinik düşünməyə giriş

IV. Psixopatologiyanın əsasları

• Psixoloji simptom və sindrom anlayışları

• Psixopatoloji proseslərin əsas xüsusiyyətləri

• Simptomu sadəcə müşahidə etmək deyil, onun arxasındakı psixoloji mexanizmi anlamağa giriş

V. Şəxsiyyət və şəxsiyyətin formalaşması

• Şəxsiyyət anlayışı

• Temperament və xarakter

• Bağlanma nəzəriyyəsi

• Freudun struktur modeli

• Obyekt münasibətləri nəzəriyyəsi

• Koqnitiv və neyrobioloji yanaşmalar

• Müdafiə mexanizmləri

• Şəxsiyyət strukturunun klinik baxımdan anlaşılması

• Kernbergin şəxsiyyət təşkilatlanması modeli

• Neyrotik, sərhəd və psixotik səviyyələr

 

VI. DSM-5 şəxsiyyət pozuntularına struktur yanaşma

• A qrupu: Paranoid, Şizoid, Şizotipal

• B qrupu: Antisosial, Borderline, Histrionik, Narsistik

• C qrupu: Qaçınan, Asılı, Obsessiv-kompulsiv

• Şəxsiyyət pozuntularının yalnız diaqnostik meyarlarla deyil, şəxsiyyət strukturu, bağlanma, müdafiə mexanizmləri və münasibət nümunələri kontekstində təhlili

 

VII. SOAP və DAF psixoloji sənədləşmə

• Subyektiv məlumatların qeyd edilməsi

• Obyektiv müşahidələrin sistemləşdirilməsi

• Qiymətləndirmə və ilkin formulasiya

• Planlaşdırma

• Peşəkar və strukturlaşdırılmış qeyd aparma

 

VIII. Praktik klinik bacarıqlar

• Psixoloq–pasiyent rol oyunları

• Müsahibənin aparılması

• Klinik müşahidə

• SOAP qeydlərinin hazırlanması

• İlkin klinik formulasiya

• Həmkar rəyi və geribildirim

• Klinik situasiyalarda peşəkar qərarvermə

KLİNİK DÜŞÜNMƏ ÇƏRÇİVƏSİ

Proqramın praktik mərhələsində iştirakçılara klinik situasiyanı aşağıdakı əsas suallar vasitəsilə strukturlaşdırmaq öyrədilmişdir:

1. Klientin əsas emosional ağrısı nədir?

2. Klient özünü necə görür?

3. Klient digər insanları necə qəbul edir?

4. Onun dominant bağlanma modeli necə görünür?

5. Hansı müdafiə mexanizmləri daha çox istifadə olunur?

6. Şəxsiyyət təşkilatlanması hansı səviyyədə görünür?

Bu çərçivə iştirakçının simptomdan mexanizmə, mexanizmdən formulasiya və peşəkar qərara keçməsini dəstəkləyən tədris modeli kimi istifadə edilmişdir.

QİYMƏTLƏNDİRMƏ VƏ SERTİFİKATLAŞDIRMA

Proqramın yekun sertifikatlaşdırılması çoxmərhələli qiymətləndirmə əsasında həyata keçirilmişdir:

I mərhələ — SOAP qeydləri

İştirakçının klinik məlumatı strukturlaşdırılmış şəkildə sənədləşdirmə bacarığının qiymətləndirilməsi.

II mərhələ — Yazılı yekun imtahan

Nəzəri bilik, anlayışların düzgün tətbiqi və klinik düşünmənin qiymətləndirilməsi.

III mərhələ — Şifahi yekun imtahan

İştirakçının psixoloji situasiyanı analiz etmək, əsas mexanizmləri müəyyənləşdirmək və klinik düşüncəsini şifahi şəkildə əsaslandırmaq bacarığının qiymətləndirilməsi.

Sertifikat yalnız proqramın tədris mərhələsində iştirak faktını deyil, iştirakçının proqram üçün müəyyən edilmiş yekun qiymətləndirmə tələblərini uğurla yerinə yetirdiyini təsdiq edir.

 

PROQRAMIN AKADEMİK GÖSTƏRİCİLƏRİ

Tədris müddəti: Sentyabr 2025 – Avqust 2026

Ümumi dərs saatı: 120

Format: Nəzəri + Praktik

Yekun sertifikatlaşdırma: Yazılı + Şifahi qiymətləndirmə

Proqram rəhbəri və təlimçi: Ph.D Psixoloq Aqil Əhməd

 

QEYD: Bu sertifikat psixoloq, klinik psixoloq və ya digər tənzimlənən peşə lisenziyası vermir. Sertifikat iştirakçının Psixoloq Assistent Proqramı çərçivəsində nəzəri və ilkin praktik hazırlıq keçdiyini və proqramın müəyyən edilmiş qiymətləndirmə mərhələlərini uğurla tamamladığını və Psixoloq Assistent kimi fəaliyyət göstərməsinə hazır olduğunu təsdiq edir.

Həmçinin agilahmadacademy tədris planında II mərhələ Psixologiya Təkmilləşdirmə Proqramında iştirak etmək hüququ verir.

Agil Ahmad Academy