Salam dəyərli dostlar. Bugün “Psixoloqdan Soruş” konseptimizin növbəti bölümünü sizinlə paylaşıram. Sizdən gələn növbəti sual suallardan biri “təbii fəlakətlər vaxtı psixoloji olaraq özümüzə və başqalarına necə kömək edə bilərik?”
Əziz dostlar, mən bu baş verən hadisələri ümumiyyətlə bir aysberqə bənzədirəm ki, əslində orda ölümlərin olması, və yaxudda yaralanmalar aysberqin görünən bir hissəsidir. Lakin bu hadisələrdən sonra insanların, xüsusilə də orda ziyan çəkmiş insanların və yaxudda mediya vasitəsi ilə izləyən insanların psixologiyasına vurduğu yaralar, həmin aysberqin görünməyən hissələridir ki, daha qalıcı və daha ziyanlı olur.
Mövzunun ciddiyətini mən nəzərə alaraq geniş bir bloq yazısı hazırladım. Sizdən də istədiyim budur ki, video bitdikdən sonra lütfən o məqaləni əldə edin. Bir kitabça halında ətrafınızda olan insanlarla da paylaşın ki, məlumatlansınlar. Təbii fəlakətlərdə psixoloji reaksiyalar
Fəlakətlərdən sonra psixoloji reaksiyalar 5 əsas mərhələyə bölünür:
- Kontakt və təsir
- Cəsarət və yaxudda qəhrəman kimi görünmə
- Xoşbəxtlik və yaxudda kədəri unutmaq
- Məyusluq və reallıqlarla üzləşmə
- Yenidən qurma və bərpa
Bu mərhələlərin hər biri haqqında videoda geniş məlumat vermişəm.
Dəyərli dostlar vidəoda digər qeyd etdiyim nöqtə fəlakətlər zamanı ən çox ziyan görən insan qrupu hansılardır? Bu haqdada qısa bir məlumat vermişəm sizə. Daha sonra hadisələr baş verəndə, ilk növbədə özümüzə, ətrafımızda olan insanlara və əgər biz xüsusi yardım qruplarındayıqsa insanlarla necə rəftar etməliyik və hansı rəftarları etməməliyik haqqında qısa olaraq danışmışam.
Lütfən videoya diqqətlə qulaq asın. Hadisələrin nə vaxt necə baş verəcəyini bilə bilmərik. Əsas odurki məlumatlı olaq və ətrafımızdakı insanlara düzgün kömək edə bilməyin yollarını bilək.
Hər birinizə təşəkkür edirəm.
İnanıram ki videonu keyiflə izlədiniz. Dəyərli dostlar sizdə suallarınızı şərh bölməsinə yazaraq bizimlə paylaşa bilərsiniz. Verilən bütün suallar növbə ilə geniş, aydın formada izahlandırıb, bölüm-bölüm sizinlə paylaşacıq ki həm sualı ünvanlayan, həm də digər izləyicilərimiz məlumatlansın.
Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!