Salam dəyərli dostlar. Özünəinam, özünüdərk (self-steem) mövzusunda nəzərdə tutduğumu təlim praqramının ilk tanıtım hissəsini sizin üçün hazırladıq. Tövsiyə edirəm burda danışılan bilgilərə təkrar – təkrar qulaq asasınız.
Həyatın bütün sahələrindəki müvəffəqiyyət, uğur üçün lazım olan ən vacib amildir “özünütanımaq” ,“özünüdərk” və “özünəhörmət”. Bu videoda insanın Allahla olan ayrılmaz bağından və bu əlaqənin “İzzəti-nəfs” anlayışına olan təsirindən geniş şəkildə sizə danışmışam. Əminliklə deyə bilərəm ki, burda deyilən bir neçə sadə tapşırığa əməl etməklə həyatınız dəyişər. Yadınızda olsun ki, zehin və ruhumuzunda eyni fiziki bədənimiz kimi gündəlik qidaya ehtiyacı var. Buna görə hər gün öz zehni və ruhu inkişafınızın sağlam qidasına diqqət edin.
Qəlbən inanıram ki, bu il özünüzə edə biləcəyiniz ən gözəl hədiyyə bu təlim praqramı olacaqdır.
Lütfən fikirləriniz və hisslərinizi şərh bölümündə mənimlə bölüşün.
Bu təlimi eşitməyə hazır olan dostlarınıza xəbər verməklə daha çox insanlara faydalı ola bilməyimizə vasitəçi ola bilərsiniz.
Sevgi və hörmətlə Aqil Əhməd.
Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!