Shop

Showing all 3 results

  • ACT TERAİYA

    DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

    300AZN
    Səbətə əlavə et
    ACT TERAİYA

    DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

    300AZN

     

     

    Dəyərli yoldaşlar, əziz tələbələr və hörmətli həmkarlar
    ilk öncə hər birinizi ürəkdən salamlayıram.
     Özünüzə, şəxsi inkişafınıza dəyər verib, inkişafınız üçün sərmayə etdiyiniz üçün
    sizi təbrik edirəm.

     Arzuları və istəkləri üçün çalışan, hərəkət edən insanlar hər bir cəmiyyətdə
    iki faizdən artıq deyil. Sevinirəm ki xəyalları üçün səy göstərən sizlərlə bir yerdəyəm.

    “Daimi xoşbəxtlik” adını verdiyim 3 həftəlik təlim proqramı haqqında məlumat
    vermək istəyirəm. Düşünürəm ki, öncədən müraciət edənlər kurs haqqında ətraflı
    məlumat əldə edə biləcəklər.

       TƏLİMDƏ İLK OLARAQ

    • ACT TERAPİYASI NƏDİR?
    • FƏLSƏFİ KÖKÜ VƏ MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
    • ƏZİYYƏT EDƏN ZƏHƏRLİ DÜŞÜNCƏLƏRİN SƏBƏBİ NƏDİR?
    • BU DÜŞÜNCƏLƏRDƏN NECƏ XİLAS OLA BİLƏRİK?
    • HƏYATDAKI DƏYƏR VƏ MƏQSƏDLƏRİMİ NECƏ TAPA BİLƏRƏM?
    • DİQQƏT VƏ FOKUSUMU NECƏ ŞÜURLU ŞƏKİLDƏ GÜCLƏNDİRƏ BİLƏRƏM?
      (diqqət pozğunluğu olan insanlar üçün çox faydalıdır)
    • HƏYATDA BAŞ VERƏN, QAÇILMAZ OLAN AĞIR HADİSƏ VƏ MÜSİBƏTLƏR
      İLƏ NECƏ BAŞ EDƏ VƏ NECƏ QƏBULLANMAQ MÜMKÜNDÜR?
    • NECƏ HƏYATA DAVAM ETMƏLİ VƏ DƏYƏRLƏRİMƏ SADİQ QALMAĞI
      BACARMALIYAM?

     Və sair bu kimi insan həyatını əhatə edən bir çox sualları metafora kimi canlandırıb
    cavab verəcəyik.

     ACT terapiyada olan Testlər və anketlərlə tanış olub necə doldurmaq lazım
    olduğunu öyrənəcəksiniz.

    Bu təlim psixologiya üzrə təhsil alan və psixoloq fəaliyyəti göstərənlər üçün ilk
    növbədə öz üzərlərində daha sonra müraciət edənləri ilə seanslarında effektiv nəticə
    ala bilmələri üçün olduqca faydalı olacaqdır.

    Eyni zamanda bütün bunlar tibbi sahədə çalışanlar üçün də əhəmiyyətlidir.

    Tələbə olmağa hazırlaşanlar və ya tələbələr üçün həyata olan baxışlarını yaxşı
    mənada gücləndirməyə, qarşıya çıxan maneələri yetkincə anlaya bilmək və düzgün
    qərarlar verməkdə çox böyük kömək olacaqdır.

    Təlim müddəti 6 saat+ yaranan suallara cavab formasında hazırlanıb. Tövsiyyə edirik ki təlim videolarını ardıcıllıqla izləyəsiniz. Hər bir bölümün testlərini, suallarına öz dəftərinizdə cavab verəsiniz. Təlimi tamamilə bitirdikdən sonra ilk növbədə öz üzərinizdə təcrübə edəsiniz. Hər hansı bir sualınız yaranarsa şərh bölməsində bizimlə bölüşün.

    Leo bank: 4098584494704016
    Aqil Əhmədov
    4098 5844 9470 4016
    Aqil Əhmədov

    5 reviews for DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

    1. Elnur

      Çox maraqlı telimdir. Hele de davam edir. Doktorumuzun söz verdiyi kimi bu təlimdən sonra həmin insan olmayacağıma , həyatıma Daimi Xoşbəxtliyim ilə davam edecəyimə və qarşıya çıxan hər hansı bir hadisəyə daha güclü, daha fərqində təfəkkürlə yanaşacağıma inanıram. Təşəkkür edirəm doktor. Yaxşı ki sizi tanimişam

    2. Ali

      Təşəkkür edirəm doktor faydalı təliminiz üçün. Bu təlimdən sonra mən necə dəyərlər oturub papağimi qoyduq qabağima. Sadaladiğiniz pazılın altı parçalarını verdiyiniz tapşırıqlarla analiz etdim. Nəqədər boşluqlar var imiş. Mən ozümü tanımadiğımın fərqinə vardim. Belə halda necə xoşbəxtlik axtarışında ola bilərdimki. Mənə bu yolda gözəl bələdçi oldunuz təşəkkür edirəm sizə. Gözümü açdınız. Artıq hardan başlayacağimi və mərhələli necə addimlayacağimi bilirəm. Birdaha təşəkkür edirəm Doktor

    3. Günay

      Salam doktor. Faydalı təlimdir. Könül Rahatlığı ilə bütün dostlara tövsiyə edirəm. Düşünürəmki özünü inkişaf yolunda qoyduğumuz sərmayənin mütləq daha qatın geri götürürük. Xüsusende özümüzü nə dərəcədə tanimağımiz rastlaşdığımız situasiyalarda bilirik. Sizi gec tanıdim ama olsun təşəkkür edirəm doktor sizə .

    4. Samirə Abdullayeva

      Əziz ustadim Aqil Əhməd

      Siz tanıdığım üçün Allaha həqiqətən minnətdaram. Sizinlə İnstaqram faylları vasitəsilə tanış oldum və sözləriniz ürəyimə o qədər toxundu ki, içimdəki bir çox düyünləri açdıniz. İyuldan bəri hər gün sözlərinizi dinləyirəm və yazıram. Bir müddətdir ki, özümü kəşf etmək yolundayam, amma bəzi məsələlərdə özümü yaxşı hiss etməyəndə sözlərinizi təzədən yadıma salıram. Sonra sizin gözəl saytınızla tanış oldum və hər gün fayllarınızla yaşayıram. sizdən xaiş edirəmki daha çox fayl yükləyəsiniz.

      Allah sizi həmişə var eləsin nə qədər teşekkur edirəm azdir ve həyatimda elə bir rol oynamisiz ki nece ifade edim bilmirəm sizi cox sevirem canim muellimim…

      Bu kursunuzu yeni əldə etdim. Və bura qədər mən şəxsən öyrəndimki vəzehnim üzərində çox işləməliyəm. Beynim mühakimə etmək istəyəndə deyirəmki: Mən bu mövzu və ya bu şəxs haqqında hər şeyi bilmirəm, ona görə heç nə deyə bilmərəm. mən bu kursu əldə etdikdən sonra başa düşürəm ki, diqqətimi, foksum daim öz üzərimə yönləndirməliyəm. Bilirəm yolun başındayam. Amma xoşbət və ümidliyəm doktor. sizin sayənizdə.

      Əziz müəllimim,ustadım, bələdçim sizi görməkdən həqiqət çox ləzzət alıram, hamınıza sağlam və xoşbəxt olmağı arzulayıram, həyatınız bolluq və sevgi ilə dolsun…

      Çox sağ olun

    5. Elsevər

      Salam dəyərli insan əziz güzgüm…
      Bilirsiniz sizin adınızı dəftərimdə və telefonuma Güzgü yazmışam. Çünki doğurdan da mənim həyatımda eyni güzgü kimisiz. Sizi tanıdığım üçün hər gün gündəlik şükürlərim içində Allahıma təşəkkür edirəm. Zehnimi mənfi fikirlərdən, keçmişin əzablarından, illərlə davam edən depressiya və narahatlıqlarımdan sayənizdə xilas olmuşam. Bu təlim isə demək olar mənim gündəlik işə gedərkən dinlədiyim mövzuya çevrilib. Xüsusilə 5ci və 6cı bölümə bəlkə də 100 dəfə qulaq asmışam. Allah sizi qorusun elminizə bərəkət versin. Bütün xoş arzularım sizin üçün edirəm.

    Add a review

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Motivasiya Antomiyasi

    MOTİVASİYA ANATOMİYASI

    Rated 0 out of 5
    90AZN
    Səbətə əlavə et
    Motivasiya Antomiyasi

    MOTİVASİYA ANATOMİYASI

    90AZN

    Öz inkişafına ciddi yanaşan bütün dəyərli dostlarımı səmimi qəlbdən salamlayıram.

    Motivasiya Anatomiyası təlim proqramını sizlərə təqdim etdiyim üçün çox şad və həyəcanlıyam.

    Bilirsiniz, motivasiya eyni ilə əzələ kimidir ki, kitab oxumaq, uğurlu insanlarla ünsiyyət qurmaq, motivasiya xarakterli çıxışlarda iştirak etmək və sair yollarla onu inkişaf etdirmək mümkündür.

    Sual oluna bilər ki bu təlim proqramı kimlər üçün faydalıdır?

    Əslində cavab olaraq kateqoriyaya bölüb yaza bilərdik lakin mən bunu bir cümlədə xülasə etməyi daha uyğun hesab edirəm. Motivasiya anatomiyası təlim proqramı sahəsindən və statusundan asılı olmayaraq hər bir “məqsədli insan” üçün ən yaxşı elmi və praktiki olaraq hazırlanmış təlim proqramıdır.

    Psixoloji cəhətdən təhsil və öyrənməkdə motivasiyanın rolu həm müəllimlər, həm də tələbələr üçün danılmaz bir faktdır. Müəllimlərin öyrətmək üçün lazımı motivasiyası varsa, onlar tədrisdə daha uğurlu və yaradıcı olacaqlar və şagirdlərini oxumağa və öyrənməyə həvəsləndirə biləcəklər.

    Digər tərəfdən, əgər tələbələr oxumağa və yaxşı qiymətlər almağa çox həvəslidirlərsə, onlar müəllimlərinə daha yaxşı öyrətmək və müxtəlif üsulları izah etmək üçün lazımı motivasiya verəcəklər.

    Bu siyahıya müxtəlif sahədə məşğul olan sahibkarları, satış işçilərin və xidmət sahələrin əlavə etmək olar.

    Hətda təlim proqramının metodlarından istifadə edərək valideynlərin ailə və övlad münasibətlərinin yaxşılaşdırılmasında istifadə edə bilərlər.

    Buna görə motivasiya hər bir məqsədli insan üçün psixoloji cəhətdən vacib olan amildir.

    İnsan həyatında motivasiyanın əhəmiyyəti nədir? Ətraflı bilmək istəyirsinizsə aşağıdakı 13 bəndi diqqətlə oxuyun.

    Əgər məqsədli insan olaraq öz arzularınıza çatmaq yolunda özünüzə sərmayə etmək istəyirsinizsə buyurun.

    Leo bank: 4098584494704016
    Aqil Əhmədov
    4098 5844 9470 4016
    Aqil Əhmədov

     

  • Telim proqramı

    SELF ESTEEM, ÖZÜNƏİNAM, ÖZÜNÜDƏRK

    360AZN
    Səbətə əlavə et
    Telim proqramı

    SELF ESTEEM, ÖZÜNƏİNAM, ÖZÜNÜDƏRK

    360AZN

    Dəyərli yoldaşlar, əziz tələbələr və hörmətli həmkarlar: ilk öncə hər birinizi ürəkdən salamlayıram. Özünüzə, şəxsi inkişafınıza dəyər verib, inkişafınız üçün sərmayə etdiyiniz üçün sizi təbrik edirəm.

     Arzuları və istəkləri üçün çalışan, hərəkət edən insanlar hər bir cəmiyyətdə
    iki faizdən artıq deyil. Sevinirəm ki xəyalları üçün səy göstərən sizlərlə bir yerdəyəm.

    “Daimi xoşbəxtlik (2)  Self-esteem, Özünəhörmət, özünəinam, özünüdərk” adını verdiyim 9 həftəlik təlim proqramı haqqında məlumat vermək istəyirəm.

     

    Bu kursdakı məlumat və agahlıqlar:

    Psixalogiyadan- ACT terapiyadan – NLP texnikalarından – Dini və mənəvi elimlərdən istifadə edərək

     Yalnız mövzunun mahiyyətinə yönəlmiş və kənar amillərdən uzaq olan bu kursun təlimləri ancaq maarifləndirmə xarakteri daşıyır.

    Mən cəsarətlə deyə bilərəm ki, bunlar heç bir kitabda, heç bir kursda bu qədər aydın, sadə, elmi və praktik şəkildə deyilməyib.

    Yeniyetməlik və gəncliyini dini və mənəvi elimləri oxumağa, öyrənməyə sərf etmiş bir insan olaraq, daha sonra akademik olaraq psixologiya və müxtəlif növ psixoterapiyaları (Phd) doktorantura səviyyəsində təhsil alan bir insan olaraq, illərdir fərdi psixoloji və psixoanaltik seanslar keçən bir insan olaraq, qısa olaraq həyatın dəyişməz qanunların axtaran bir insan kimi, demək istəyirəm:  Bu təlim və praktikaları mənim öz həyatımda tətbiq olunub və çox gözəl nəticələr verib. Qəlbən inanıram ki, bu bilgilərə sadəcə 3 ay müddətində əməl olunarsa, deyilən tapşırıqlar yerinə yetirilsə mütləq şəkildə yaxşı nəticə verəcəkdir.

     Kursun ən əsas missiyası özünəinamı içimizdə tapmaqla “zehni idarə etmək bacarığı” yaratmaqdır.

     Zehn və düşüncəni idarə etmək qabiliyyəti insan bacarıqlarının ən yüksək həddidir.

    Həyatımızın bugünə qədər olan  nəticələri, düşüncələrimizi nə qədər və necə idarəetmə qabiliyyətimizlə bağlıdır. 

    Çünki heç birimiz yüz faiz səhvsiz, nöqsansız deyilik. Heç kim deyə bilməz ki mən həyatımın bütün hallarında 100% düşüncələrimə hakiməm. Bu əslində olduqca normal bir haldır, çünki inkişaf üçün mütləq ziddiyyətlərlə qarşılaşmalıyıq. Bu ziddiyyətlər azularımızı, nə istədiklərimizi tanımaq və sonra onları yerinə yetirmək üçündür.

    İnsanı inkişafdan saxlayıb, böyümə yolundan döndərən, qarşısına çıxan ziddiyyətlər və gözlənilməz hadisələr deyil, bəlkə belə vaxtlarda düşüncələrini idarə edə bilməməsidir:

    • Səhvlərimizi bağışlaya bilmədiyimiz və günahkarlıq hissində qaldığımız anlar;
    • Diqqətimizi problemdən uzaqlaşdıraraq həll yolunu görə bilmədiyimiz anlar;
    • Bədənimizdə hər hansı bir xəstəliyə tutulduğumuzda onun qalıcı bir qüsur olmayacağına güvənə bilməyib, neqativ və pis hisslər içində qalmağımız anlar;
    • Şirk etdiyimiz vaxtlar, yani içində olduğumuz şərait və vəziyyəti dəyişdirməyə gücümüzün olmadığını düşünüb və həyat təcrübələrimizi yaratmaq səlahiyyətini kənar təsirlərlərdə bildiyimiz vaxtlarda məsələn: iqtisadiyyata, dolların qalxıb düşməsinə, rəislərin, valideynlərin… qərarlarına verdikdə. Həyat sükanımızı zehni vəsvəsələrin ixtiyarına buraxırıq.
    • Səhv qərarlar qəbul etdiyimizdə dostları, müdirləri, ailəni və ən pisi özümüzü günahlandırıb və bu özünü günahlandırmanın bizi ardıcıl uğursuzluqlara və qəribə problemlərə, münaqişələrə aparmasına icazə verdiyimiz anlar.

    Əgər belə vəziyyətlərdə  self esteem, özünəinamözünüdərk deyilən bir qüvvənin köməyi ilə zehninizin cilovunu ələ ala bilməsəniz, o zaman beyninizdə elə bir pıçıltı yaranacaq ki, o problemləri öz bacarığınızdan dəfələrlə daha böyük görəcəksiniz.

     Bu, sükanı zehninizə və fikirlərinizə təhvil verdiyiniz məqamdır.  Zehn qarşıya çıxmış məsələlərin, düzəlməyəcək və ya həll olmayacaq uğursuzluqlar, xəstəliklər və problemlər üçün məntiqi səbəblər təqdim etməyə başlayar və sizi  məhdudlaşdıran inanclarla elə doldurur ki, arzuolunmaz şəraitlərə təslim olursunuz və bütün bunları qəbul edirsiniz: misal olaraq aşağdakı kimi düşüncələr yaradır

    • Yüz faiz məsləhət deyilmiş və ya Allah sənin üçün uğur istəmir:
    • Rahatlıq və asayiş içində yaşamaq, dəqiq sənin taleyində yazılmayıb:
    • Sən kifayət qədər ağıllı və istedadlı deyilsən:
    • Sən kifayət qədər sevimli və istəməli deyilsən:
    • Sənin vəziyyətin, şəraitlərin tanıdığın uğurlu insanlardan çox fərqlidir;

     Bu zaman özünü inandırmış olursan ki, sən o uğurlu insanların həyatına bənzər şərait və keyfiyyət istəməyə layiq deyilsən.

    Bu, həyatın bütün sahələrində həmin ardıcıl uğursuzluqlar girdabına girmə nöqtəsidir. Bu da aşağıdakılara qədər davam edir:

    • Özünlə sevgi və məhəbbətli əlaqə qura bilmirsən;
    • Özünlə əla və dəbdəbəli şəraiti olan evdə yaşamaq arasında uzaq fasilə görürsən;
    • Özün və çox sevdiyin arzuları təcrübə etmək arasında;
    • Özünlə azad və firavan ölkədə yaşamaq arasında;
    • Təcrübəmiz üçün yaradılmış dünyanın gözəlliyini görmək üçün özünlə səyahət arasında;
    • Sağlam bədəndə yaşamaqla özün arasında;

    Kilometrlərlə fasilə görürsən, o boşluğu da doldurmağa heç bir bacarığın yoxdur.  Bu,”arzuolunmaz vəziyyətlərə dözməyi” seçdiyiniz nöqtədir. Özünəinamın olmaması ilə güclənən inancları məhdudlaşdırmaqla şüursuz şəkildə edilən seçim.

    Özünəinam, sizi həmişə zehninizin iflicedici pıçıltılarına qarşı qoruyan yaxşı silahlanmış müdafiəçi kimidir.

     Elə buna görə də həyatımızdakı bütün aspektlərdə “özünüdərk”  ilə “özgüvənsizlik” arasında yerdən göyə qədər böyük fərq vardır…

    QEYD;

    Online təlim proqramı 9 həftə nəzərdə tutulub. Bu təlim, əldən edən yoldaşların profillərində daim açıq olacaq. 

    Leo bank: 4098584494704016
    Aqil Əhmədov
    4098 5844 9470 4016
    Aqil Əhmədov