Skip to content

DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

300AZN

4.8/5

 

 

Dəyərli yoldaşlar, əziz tələbələr və hörmətli həmkarlar
ilk öncə hər birinizi ürəkdən salamlayıram.
 Özünüzə, şəxsi inkişafınıza dəyər verib, inkişafınız üçün sərmayə etdiyiniz üçün
sizi təbrik edirəm.

 Arzuları və istəkləri üçün çalışan, hərəkət edən insanlar hər bir cəmiyyətdə
iki faizdən artıq deyil. Sevinirəm ki xəyalları üçün səy göstərən sizlərlə bir yerdəyəm.

“Daimi xoşbəxtlik” adını verdiyim 3 həftəlik təlim proqramı haqqında məlumat
vermək istəyirəm. Düşünürəm ki, öncədən müraciət edənlər kurs haqqında ətraflı
məlumat əldə edə biləcəklər.

   TƏLİMDƏ İLK OLARAQ

  • ACT TERAPİYASI NƏDİR?
  • FƏLSƏFİ KÖKÜ VƏ MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
  • ƏZİYYƏT EDƏN ZƏHƏRLİ DÜŞÜNCƏLƏRİN SƏBƏBİ NƏDİR?
  • BU DÜŞÜNCƏLƏRDƏN NECƏ XİLAS OLA BİLƏRİK?
  • HƏYATDAKI DƏYƏR VƏ MƏQSƏDLƏRİMİ NECƏ TAPA BİLƏRƏM?
  • DİQQƏT VƏ FOKUSUMU NECƏ ŞÜURLU ŞƏKİLDƏ GÜCLƏNDİRƏ BİLƏRƏM?
    (diqqət pozğunluğu olan insanlar üçün çox faydalıdır)
  • HƏYATDA BAŞ VERƏN, QAÇILMAZ OLAN AĞIR HADİSƏ VƏ MÜSİBƏTLƏR
    İLƏ NECƏ BAŞ EDƏ VƏ NECƏ QƏBULLANMAQ MÜMKÜNDÜR?
  • NECƏ HƏYATA DAVAM ETMƏLİ VƏ DƏYƏRLƏRİMƏ SADİQ QALMAĞI
    BACARMALIYAM?

 Və sair bu kimi insan həyatını əhatə edən bir çox sualları metafora kimi canlandırıb
cavab verəcəyik.

 ACT terapiyada olan Testlər və anketlərlə tanış olub necə doldurmaq lazım
olduğunu öyrənəcəksiniz.

Bu təlim psixologiya üzrə təhsil alan və psixoloq fəaliyyəti göstərənlər üçün ilk
növbədə öz üzərlərində daha sonra müraciət edənləri ilə seanslarında effektiv nəticə
ala bilmələri üçün olduqca faydalı olacaqdır.

Eyni zamanda bütün bunlar tibbi sahədə çalışanlar üçün də əhəmiyyətlidir.

Tələbə olmağa hazırlaşanlar və ya tələbələr üçün həyata olan baxışlarını yaxşı
mənada gücləndirməyə, qarşıya çıxan maneələri yetkincə anlaya bilmək və düzgün
qərarlar verməkdə çox böyük kömək olacaqdır.

Təlim müddəti 6 saat+ yaranan suallara cavab formasında hazırlanıb. Tövsiyyə edirik ki təlim videolarını ardıcıllıqla izləyəsiniz. Hər bir bölümün testlərini, suallarına öz dəftərinizdə cavab verəsiniz. Təlimi tamamilə bitirdikdən sonra ilk növbədə öz üzərinizdə təcrübə edəsiniz. Hər hansı bir sualınız yaranarsa şərh bölməsində bizimlə bölüşün.

Leo bank: 4098584494704016
Aqil Əhmədov
4098 5844 9470 4016
Aqil Əhmədov

Kursa baxın

Siz kursu almamısınız

Kursun məbləğini bank hesabına köçürün və sonra bizə məlumat verin

Təlim proqramını əldə etmək üçün aşağıda göstərilən hesaba ödəniş edib, qəbzi ödəniş yerində yollayın 

ÖDƏNİŞ QAYDASI

5 reviews for DAİMİ XOŞBƏXTLİK (ÖZ PSİXOLOQUN OL)

  1. Elnur

    Çox maraqlı telimdir. Hele de davam edir. Doktorumuzun söz verdiyi kimi bu təlimdən sonra həmin insan olmayacağıma , həyatıma Daimi Xoşbəxtliyim ilə davam edecəyimə və qarşıya çıxan hər hansı bir hadisəyə daha güclü, daha fərqində təfəkkürlə yanaşacağıma inanıram. Təşəkkür edirəm doktor. Yaxşı ki sizi tanimişam

  2. Ali

    Təşəkkür edirəm doktor faydalı təliminiz üçün. Bu təlimdən sonra mən necə dəyərlər oturub papağimi qoyduq qabağima. Sadaladiğiniz pazılın altı parçalarını verdiyiniz tapşırıqlarla analiz etdim. Nəqədər boşluqlar var imiş. Mən ozümü tanımadiğımın fərqinə vardim. Belə halda necə xoşbəxtlik axtarışında ola bilərdimki. Mənə bu yolda gözəl bələdçi oldunuz təşəkkür edirəm sizə. Gözümü açdınız. Artıq hardan başlayacağimi və mərhələli necə addimlayacağimi bilirəm. Birdaha təşəkkür edirəm Doktor

  3. Günay

    Salam doktor. Faydalı təlimdir. Könül Rahatlığı ilə bütün dostlara tövsiyə edirəm. Düşünürəmki özünü inkişaf yolunda qoyduğumuz sərmayənin mütləq daha qatın geri götürürük. Xüsusende özümüzü nə dərəcədə tanimağımiz rastlaşdığımız situasiyalarda bilirik. Sizi gec tanıdim ama olsun təşəkkür edirəm doktor sizə .

  4. Samirə Abdullayeva

    Əziz ustadim Aqil Əhməd

    Siz tanıdığım üçün Allaha həqiqətən minnətdaram. Sizinlə İnstaqram faylları vasitəsilə tanış oldum və sözləriniz ürəyimə o qədər toxundu ki, içimdəki bir çox düyünləri açdıniz. İyuldan bəri hər gün sözlərinizi dinləyirəm və yazıram. Bir müddətdir ki, özümü kəşf etmək yolundayam, amma bəzi məsələlərdə özümü yaxşı hiss etməyəndə sözlərinizi təzədən yadıma salıram. Sonra sizin gözəl saytınızla tanış oldum və hər gün fayllarınızla yaşayıram. sizdən xaiş edirəmki daha çox fayl yükləyəsiniz.

    Allah sizi həmişə var eləsin nə qədər teşekkur edirəm azdir ve həyatimda elə bir rol oynamisiz ki nece ifade edim bilmirəm sizi cox sevirem canim muellimim…

    Bu kursunuzu yeni əldə etdim. Və bura qədər mən şəxsən öyrəndimki vəzehnim üzərində çox işləməliyəm. Beynim mühakimə etmək istəyəndə deyirəmki: Mən bu mövzu və ya bu şəxs haqqında hər şeyi bilmirəm, ona görə heç nə deyə bilmərəm. mən bu kursu əldə etdikdən sonra başa düşürəm ki, diqqətimi, foksum daim öz üzərimə yönləndirməliyəm. Bilirəm yolun başındayam. Amma xoşbət və ümidliyəm doktor. sizin sayənizdə.

    Əziz müəllimim,ustadım, bələdçim sizi görməkdən həqiqət çox ləzzət alıram, hamınıza sağlam və xoşbəxt olmağı arzulayıram, həyatınız bolluq və sevgi ilə dolsun…

    Çox sağ olun

  5. Elsevər

    Salam dəyərli insan əziz güzgüm…
    Bilirsiniz sizin adınızı dəftərimdə və telefonuma Güzgü yazmışam. Çünki doğurdan da mənim həyatımda eyni güzgü kimisiz. Sizi tanıdığım üçün hər gün gündəlik şükürlərim içində Allahıma təşəkkür edirəm. Zehnimi mənfi fikirlərdən, keçmişin əzablarından, illərlə davam edən depressiya və narahatlıqlarımdan sayənizdə xilas olmuşam. Bu təlim isə demək olar mənim gündəlik işə gedərkən dinlədiyim mövzuya çevrilib. Xüsusilə 5ci və 6cı bölümə bəlkə də 100 dəfə qulaq asmışam. Allah sizi qorusun elminizə bərəkət versin. Bütün xoş arzularım sizin üçün edirəm.

Add a review

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL