Skip to content

STRESSDƏN NECƏ XİLAS OLA BİLƏRƏM?

stress -aqil əhməd

(Bu məqaləyə sərf edəcəyiniz vaxt: 50 saniyə)

 

  1. Kofein, nikotin və alkoqol qəbulunu azaldın. -Kofein, nikotin və alkoqol orqanizmi stress halına salır. Orqanizmə kofein düşən kimi bədəndə adrenalin yüksəlir, təzyiq artır. Bu isə “stress hormonu” olan kortizolun yüksəlməsinə səbəb olur.
  2. Yuxusuz qalmayın -Hətta kiçik uşaqlar belə yuxuları yarımçıq qalanda bütün günü cığallıq edirlər, kaprizli olurlar. O ki qaldı yetkin və problemli insan yuxusuz qalsın. Çalışın gün içərisində 6-8 saat yuxunuzu tam alın.
  3. Kitab oxuyun -Araşdırmalara görə, cəmi 6 dəqiqə kitab oxumaq əsəbləri sakitləşdirir.
  4. Stressinizi yazın – Kompüterlərinizi, planşetlərinizi və telefonlarınızı kənara qoyun, qələm və kağızınızı əlinizə alın. Stresinizi və hisslərinizi kağıza yazaraq bir növ onları içinizdən atacaqsız. 5-10 dəqiqə sizi əsəbləşdirən hissləri yazın və zehninizin necə təmizləndiyini görün.
  5. Idman, məşq edin – Fiziki yorğunluq zehninizi canlı tutar. Zehninizi yoran stressi idmanla məşğul olaraq aradan qaldırmaq olar. Əzələləriniz işləyərkən stresli fikirlərdən uzaqlaşdığınızı özünüz də görəcəksiniz.
  6. Düzgün nəfəs alın -Nəfəs almaq nə qədər vacib ola bilər ki? Çoxumuz düzgün nəfəs almağı heç bilmirik belə. Günümüzdə bir çox insan qarından nəfəs almaq yerinə, sinədən nəfəs alır. Bu isə yanlışdır. Nəfəs alarkən qarından nəfəs almağa diqqət edin. Nəfəs alma, hər hüceyrənin güclü və sağlam qalması üçün lazım olan oksigeni təmin edir. Fiziki, zehni və emosional enerjimizi artırır. Bizi gərginlikdən və stressdən uzaqlaşdırır.
  7. Stressli olanda ağlamaq əvəzinə gülməyə çalışın – Məsələn, müdirinizlə və ya həyat yoldaşınızla pis bir vəziyyət yaşadınız. Özünüzü lazımınca qiymətləndirilməmiş və dəyərsiz hiss etdiniz. Normalda qadınların çoxu belə bir vəziyyətə ilk reaksiya olaraq ağlamağa başlayır. Göz yaşlarınızı dayandırın və hər şeyi qərəzsiz bir şəkildə düşünməyə çalışın. Rəhbəriniz üzərində işlədiyiniz layihədə etdiyiniz bir işi bəyənməyə bilər və bəyənmək məcburiyyətində deyil, yoldaşınızla problem yaşaya bilərsiniz, bu dünyanın sonu deyil. Unutmayın, heç nə sizdən vacib deyil. Ağlamaq əvəzinə niyə belə bir şeyə həddindən artıq reaksiya vermək istədiyinizi düşünərək özünüzə gülün.

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL