Salam dəyərli dostlar hər birinizə aramlıq arzu edirəm. Rəbbimə şükürlər olsun ki, qəlbimizə bu ilhamı bəxş etdi ki, sanki əlimizdən tutub bu ideyanı həyata keçirməyə hidayət etdi. Qəlbən inanıram ki, bu suallara cavab serialı düşüncə üfüqümüzü aydınlatmaqda bizə çox kömək olacaq. İlk bölümdə çox vacib məsələyə işarə etdim. İnanıram ki, diqqətlə təkrar-təkrar izləməklə həyat qanunlarından olan bu agahlıqlar qəlbinizdə öz yerini tapacaq.
Əgər illərdir fayda verməyən, əksinə həyat keyfiyyətini aşağı salan, zəiflədən düşüncələr və inancları təkrar-təkrar davam etdirmişiksə, video da izah etdiyim ağac misalı kimi nə meyvəsi nə kölgəsi nədə odun olaraq məhsuldarlığı olmayıbsa, demək ki həyatımızda o yabanı, yosunluqdan qurtulmaq lazımdır. Bu başladığımız agahlıq serialında Rəbbimdən daim agahlıq və hidayətini diləyirəm. Sizlərdən də fikirləriniz, hisslərinizi və təcrübələrinizi yazıb mənimlə eyni zamanda digər yoldaşlarınızla bölüşməyə dəvət edirəm.
Sevgi və hörmətlə Aqil Əhməd
4 Comments
Salam doktor . Sizin təlimdə iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm. Mənə, düşüncələrimə yeni bir pəncərə açmısınız. təlimi hər dəfə təkrar izlədikdə sanki yeni
sözlər, nöqtələr eşidirəm. bu məni çox təcüübləndirdi. Siz deyəndə açığı inanmamışdım ama bu təcrübə yenidən mənə xatırlatdıki yaxşıki sizi tanıdım. bu arada bizə dediyiniz fokus qanunu da yoxladım həqiqətən möcüzəlidir. doktor elə bil yeni doğulmuşam dünyanı, yaşamağı təzə təzə öyrənirəm. Bəzən çox həyəcanlı bəzən qorxuram.
amma hüzurluyam. bu arada sizdə bizə gözəllikləri göstərdiyiniz üçün sizə təşəkkür edirəm. videodaki ağac necə gözəldir. gövdəsindəki yarpaqlar, rənglər.
Payızı doğurdan da sevirəm. bəziləri üçün depresif fəsil olsada mənim üçün hüzurludur. inşallah təlim bitsin nəticələrimi yazacam. dediyiniz kimi yazaq ki başqalaradı məlumatlansın. yeni təşəbbusunuzu təbrik edirəm. sizə uğurlar arzu edirəm. sevindim. doğurdanda gördüyüm psixoloqlardan fərqlisiz. bizlər üçün çox çalışırsınız.
sevinirəmki ilk sıralardanam. Sizə birdaha təşəkkur edirəm doktor.
Salam əziz doktorum, çox sağ olun ki bu seriyalı başlamadınız. O etiraz edən üsyankar tələbənin yəqinki məni deyirsiniz))) çox sağ olun ki bu qədər səbrlə, gülər üzlə həmişə beynimdəki qaranlıqları işıqlandırırsız. Sizə çox minnətdaram. Çekdiyiniz misallar məntiqlə düşünəndə qəbul edirəm amma yazmışdım Sizə bəzi fikirlərimi. Dedikləriniz üzərində işləyirəm. Yəqinki dediyiniz kimi təkrar təkrar etməklə hər şey düzələcək.
Doktor videonun sonunda sevinc göz yaşlarım axdı. Birdaha bu gözəl payız görüntüsünü və suallara cavab ideyasını həyata keçirdiniz. Allah eliminizə bərəkət versin. ???
Salam Aqil qardaş hər vaxtınız xeyir.
Özünütanıma təlim proqramının 3cü bölümündəyəm. O qədər dəqiq izah etmisiniz xüsusi bəzi yerlərin 10 dəfə qulaq asmışam deyirsiz həyatının məsuliyyəti ancaq və ancaq öz öz özlərində bilməlisən. Nə valideynləri, nə doğulduğum rayonu, nə müdürü, nə işimdə ki şəriki, nəbilim dolların qalxıb düşməsin, nə siyasi vəziyyəti.. o qədər ətraflı izah eləyirsiz mən boynuma alıram ki Ömür boyu başqaların günahkar bilmişəm. Atamı, iş qurduğum uşaqlıq dostumu, dövləti bir sözlə hamını..
Dediyiniz kimidə olub heçnə düzəlmiyib ki beş beter olub. Allahın köməyi ilə bu tapşırıqları eliyirəm çox rahatdıq gəlib beynimə.
İnşAllah indi inanıram ki hər şeyi düzəlməyə gücüm var.
Təşəkkür edirəm bu təlim proqramın hazırladığınız üçün. Allahdan can sağlığı arzu edirəm.
Salamu aleykum Aqil qardas.Paylaşdiqniz təlim vidyolari həqiqətən çox gözəldi.Bunun üçün sizə təşşəkkür edirəm.İnaniriq ki bizə çox faydasi olacaq bu təlimin İnşaAllah.Bu gün paylaşdiqniz Mənim Pendrimi kim oğurladi pdf-sni oxudum və bir cox şeylər aydin oldu ki insani hədəfinə məqsədinə çatmaqa mane olan ən böyük şey onun qorxusudur.Qorxu insani yerində qalmaqna deyişməməsinə səbəb olur.Qorxudu insani konfort zonasinda saxlayan.Həmdə başa düsdümki insanin uğurlu ya uğursuz olmasinin səbəbi də elə insanin özüdür.Bəzi düşüncələri onu inkişaf etdirir və bəzi düşüncələridə onu geridə qoyub uğursuz edir..Qorxularimiza mütləq qalib gəlməliyik..