Skip to content

Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?

 Bəzən uşaqlar valideynlərinə yalan danışırlar. Uşaqlar niyə yalan danışır? Bir çox hallarda bu yalanlar zərərsizdir. Ancaq bəzi uşaqların daha çox yalan danışması valideyinləri çox narahat edir.
Sədaqət və Dürüstlük böyüklərin dəyər verdiyi bir xüsusiyyətdir, buna görə də uşaqlar yalan danışdıqda, valideynlər üçün qəbul olunmaz bir həyəcan və əzab verici narahatlıq yaradır.

Unutmayın ki yalan danışan uşaqla necə davranacağını bilməmək tamamilə normaldır. Övladlarınızın açıq şəkildə yalan söylədiklərini eşitdikdə ümüd qırıqlığı keçirib əsəbi olsanızda, bir şey etməzdən əvvəl uşağınızın dürüst olmamasının səbəbini başa düşməlisiniz.

Bu yazıda uşaqlarda yalan danışmağın səbəblərini və ondan necə əl çəkib tərk etmələrinin əsas yollarını öyrənəcəksiniz.

Məqalənin Mündəricatı

  • Uşaqların yalan danışmasına nə səbəb olur?
  • Yalan danışan uşaqla necə davranmalı?
  • Uşaqların yalan danışması ilə mübarizə yolları.
  • Psixoloq Aqil Əhməd-dən son sözü.

Uşaqlar niyə yalan danışır? Uşaqların yalan danışmasına nə səbəb olur?

 Bu ümumi problemi araşdırarkən valideynlər uşağın yaşını, yalan danışdığı şəraitləri, səbəblərini və nə qədər tez-tez olduğunu nəzərə almalıdırlar. Məsələn, 6 yaşından kiçik bir çox uşaq fantaziyaları ilə reallığı ayıra bilmir və onların yalan danışmasının səbəbi sadəcə fikirlərini ifadə etmək ola bilər. Bəzən 4 yaşlı uşaq problemə düşməmək və istədiyini əldə etmək üçün qəsdən yalan danışmağı mükəmməl bacarır.

 Uşaqların məktəb çağında yalan danışmasının bəzi səbəbləri bunlardır:

  •  Həqiqəti deyərlərsə, cəzalandırılmaqdan qorxmaları
  •  Məktəbdə dostluq qurmaq və ətrafındakı uşaqları heyran etmək istəyi
  •  Bəzən bir şeyi etmək istəmədikləri üçün yalan danışırlar. (məsələn otaq təmizləmək, yerin yığışdırmaq… kimi)
  •  Bəzən valideynlərini məyus etmək istəmədikləri üçün yalan danışırlar.
  •  Həyatlarında baş verən üzücü bir hadisəyə görə
  •  Diqqəti cəlb etməyə çalışırlar

 

 Yalan danışan uşaqla necə davranmalı?

 5-8 yaş arası uşaqlar daha çox yalan danışırlar. Xüsusilə məktəb və ev tapşırığı ilə bağlı yalanlar. Bu yaşda uşaqlara qoyulan təzyiqlər və qaydalar səbəbindən uşaqlar yalan danışa bilər.
Nəticədə uşaqlar bu
təzyiqlərin öhdəsindən gəlmək üçün yalana əl atırlar.

 Xoşbəxtlikdən yalanların çoxunu bu yaşda aşkar etmək olar. Uşağınızla dürüst olmağa çalışın. Həmçinin, uşağınız sizinlə dürüst danışanda təşviq edin və müsbət rəy verib onları həvəsləndirin. Ən əsası, bu yaşda olan uşaqlar çox təsirlənir və hər şeyi düzgün görürlər, ona görə də onlar üçün yaxşı nümunə olmağa çalışın.

 Uşaqların yalan danışması ilə qarşılaşdıqda valideynlər nə etməlidirlər?

Bu yazıda bununla bağlı bəzi əsas strategiyaları müzakirə edəcəyik.

  • Uşaqlarda yalan danışmağın əsas səbəbini tapın.
  • Fərqinə varın ki, Uşağınız fantaziya oyununun bir hissəsi kimi yalan danışırmı?
  • Onu aldatmamaq üçün sizi yanıltmağa çalışırmı?

 Əgər uşağınızın yalan deməsinin səbəbi onun təxəyyülündən qaynaqlanırsa, onu ruhdan salmadan reallıqla fantaziyanı ayırmağa çalışıb izah edin.
 Digər tərəfdən, uşaq sizə deyirsə ki, məsələn, xəyali dostu qazanı sındırıb o yox, ilk növbədə onu sakitləşdirin ki, sizə həqiqəti desə, cəzalandırılmayacaq.
 Və ona dürüstlüyün bu vəziyyətdə edə biləcəyi ən yaxşı şey olduğunu söyləyin.

 Uşağa elə davranmayın ki, yalan danışanda yanınıza gəlməsin.

 Əgər uşağınız sizdən qorxursa və qəzəbinizdən narahatdırsa, o, nəyin bahasına olursa olsun sizə həqiqəti söyləməyə mane olmağa çalışa bilər.
Əsas odur ki, uşağınızın sizdən təhlükəsizlik və dəstək almasına kömək etməyə çalışın. Bu halda o, həqiqətin ona olan marağınızı məhv edə biləcəyindən narahat olmadan sizə həqiqəti izah edə bilər. Əslində, araşdırmalar göstərir ki, uşaqlar yalan danışdıqlarına görə cəza ilə hədələndikdə, onların həqiqəti söyləmək ehtimalı azalır. Uşağınıza izah edin ki, əgər o sizə həqiqəti desə, hirslənməyəcəksiniz və həqiqət sizin üçün hər şeydən önəmlidir. Sonra onu sakitcə dinləyin və onu günahlandırmaq əvəzinə, etdiyi səhvləri xatırladın və hərəkətlərinin nəticələrini izah edin.

 Cəzalandırmaq əvəzinə, uşağınızla səhv hərəkətin nəticələri barədə danışın.

Soruşa bilərsiniz ki, cəza ilə işin nəticələri arasında nə fərq var? Cavab budur ki, cəza əsəb və qəzəblə müşayiət olunur, nəticələr isə yanlış davranışı düzəltməyə yönəlir. Məsələn, uşağınız nə etdiyi barədə yalan danışırsa, onunla nəticələri barədə danışın. Bunun əvəzini çıxmaq üçün işini yerinə yetirməyə kömək edin.

 Uşağınıza “yalançı” deməyin.

 Uşağın etiketlənməsi düzəlməz nəticələrə səbəb ola bilər. Bu nəticələr qalıcı ola bilər. Və uşağın özünə olan baxışına təsir edir. Uşağa yalançı deyirsənsə, o, özünü yalançı hesab edib, həqiqətən də belə davrana bilər.

 

 Gözləntilər barədə şəffaf olun.

 Uşağınıza evinizdə yalan danışmaq istəmədiyinizi açıq şəkildə söyləyin. Ona deyin ki, dürüstlük ondan gözlədiyiniz hər hansı digər yaxşı davranış kimi vacibdir (məsələn, hörmətli danışmaq və bacı-qardaşlarla mübahisə etməmək).

Həqiqəti söyləməyə gəldikdə davranışınızı yoxlayın və diqqət edin. (Valideynlərə aiddir)
Mühakimə olunmaqdan qaçmaq və ya məqsədinizə çatmaq üçün yalan danışırsınız? Məsələn, siz yalan danışanda uşağınız oradadırmı? Əgər varsa, uşağınıza yalan danışmağın böyüklər üçün asan olduğu mesajı çatdırılacaq.

 

Uşaqlar niyə yalan danışır? – Uşağınızla yalan danışmağın təsirləri barədə danışın.

Uşağınıza izah edin ki, yalan danışmaq bir-birini sevənlər arasında inamı məhv edə bilər. Uşağınıza deyin ki, ona bir şey haqqında yalan danışsanız, bu, sizə olan inamını itirməsinə səbəb olmayacaq?!

 Nəhayət, bütün bu həll yollarını sınamısınızsa və uşağınız hələ də tez-tez yalan danışırsa, uşaq psixoloquna müraciət etməyin və problemlə bağlı onunla danışmağın vaxtıdır.

 Psixoloq Aqil Əhməd-dən son sözü

 Bütün uşaqlar vaxtaşırı yalan danışırlar. Bu yalan və gizlətmələrin müxtəlif səbəbləri ola bilər. Bunun səbəblərindən biri də valideyinləriniz tərəfindən cəzalandırılmaq qorxusudur. Övladınızda yalan danışmaq əvəzinə belə vəziyyətlərdə sizə tam etibar etmələri üçün ona arxayınlıq və güvən hissi aşılamaq bir valideyn olaraq sizin borcunuzdur. Elə etməyin ki uşaqlarınız sizdən qorxun. Uşaqlıqdan bu davranışdan uzaq durmağa çalışın, çünki uşaqlar böyüdükcə yalanları böyüyərək həm ailəyə həm də uşağa böyük ağrılar verə bilər.

Sonda əziz valideynlər və valideyn olmaq istəyən dostlar uşaqlarınızla hər hansı bir davranışdan öncə bir neçə sözü qulaqlarınızda sırğa edin məsələn “hər bir uşaq böyüdüyü evin, valideynlərinin güzgüsüdür”.

Bu məqalə valideyn uşaq münasibətlərinə faydalı olacağına ümid edirəm.

 

1 Comment

  1. Mövzu ilə bağlı suallarınızı şərh bölməsinə bildirə bilərsiniz.


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL